Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:17

Mehriban Əliyevaya Crans Montana Forumunun Qızıl Medalı veriləcək


Crans Montana Forum
Crans Montana Forum
İyunun 22-dən 25-ə qədər Brüsseldə keçirirləcək 22-ci Crans Montana Forumunda Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya qurumun Qızıl Medalı təqdim ediləcək. Medal alanlar sırasında Beninin Baş naziri Pascal Irénée Koupaki və Mərkəzi Afrika Respublikasının Baş naziri Faustin-Archange Touadera da var.

Mərasimdə 2011-ci ilin əvvəlindən Şimali Afrika ölkələrini bürüyən inqiblar, bu hadisələrdə yeni nəslin rolu, siyasi alternativsizlik və hökumətin pis idarəedilməsindən yaranan problemlrə müzakirə ediləcək.

Mərasimdə dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, nazirlər, iri biznes sahibləri iştirak edəcəklər. Azərbaycanda da prezident İlham Əliyev və xanımı, eləcə də nazirlər, diplomatlar olmaqla 11 rəsmi və bir neçə ictimai təşkilat rəhbəri iştirak edəcək.

The Crans Montana Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə Crans Montana tərəfindən yaradılan bir beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan edib.

Foruma rəsmi qeydiyyat 650 avrodur. Daimi qeydiyyat 2550, xüsusi imtiyazlı qeydiyyat isə 5250 avrodur.
XS
SM
MD
LG