Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 10:46

Vaqif Səmədoğlu. Əyrin-üyrün, dar küçələrin...


Əyrin-üyrün,
dar küçələrin,
gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası
küçələrini
dolanan addımların
həmişə tənha səsi,
Gecələrinin
dünyada itən tarix tikəsi.
İçindən
Kommunist küçəsinə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi
Biçarə şəhər,
İçəri şəhər...

1965
XS
SM
MD
LG