Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:11

Hacıbala AbutalIbov evlərin söküntüsü barədə


Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov
Heydər Əliyev Sarayının arxasından vətəndaşların köçürülməsinə dövlət büdcəsindən 73 milyon manat ayrılıb.

Bunu «APA»ya müsahibəsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov Füzuli meydanı yaxınlığında yeni park-bağ kompleksinin tikintisinin 1987-ci ildə təsdiq edilmiş Bakı Şəhərinin Baş Planına uyğun aparıldığını deyib.

Yeni kompleks Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, Təbriz Xəlil Rza oğlu və Mirzə İbrahimov küçələrini əhatə edəcək.

H.Abutalıbov deyib ki, köçürülən vətəndaşlara mənzillərin hər kvadrat metr sahəsi üçün 1500 manat kompensasiya ödənilir.

H.Abutalıbov qeyd edib ki, park-bağ kompleksi ərazisindən vətəndaşların köçürülməsinə dövlət büdcəsindən 73 milyon manat vəsait ayrılıb. O, mətbuatda yazılanları təkzib edib:

«Bu vətəndaşların həmin ərazidən köçürülməsi təmin edilmişdirsə, dövlət büdcəsindən ayrılan 73 milyon manat vəsaitin müqabilində hansı 900 milyon manatın yeyintisindən söhbət gedə bilər?».
XS
SM
MD
LG