Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

«Azərbaycan sərbəst toplaşma azadlığını təmin edəcək»


Azərbaycan hökuməti «Eurovision 2012» mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı Avropa Yayımlar Birliyinin (AYB) rəhbərliyinə təminat məktubunu təqdim edib.

«Eurovision» müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimov bazar günü Trend-ə bildirib ki, Məşvərət Qrupunun Cenevrədə keçirilən görüşündə AYB rəhbərliyinə Azərbaycanın Baş Naziri Artur Rəsizadənin rəsmi məktubu təqdim edilib.

Məktubda Azərbaycana gələcək bütün qonaqların təhlükəsizliyinin qorunması, viza rejiminin sadələşdirilməsində öhdəliyin təmin ediləcəyi vurğulanır.

Məktubda baş nazir «Eurovision 2012» mahnı müsabiqəsi zamanı mətbuat işçilərinin və azarkeşlərin Avropa İnsan Haqları Konvensiyasına uyğun ifadə və sərbəst toplaşma azadlıqları təmin ediləcəyinə təminat verir.

«Azərbaycanın hər bir vətəndaşı «Eurovision» müsabiqəsində bizim qazandığımız qələbədən fəxr edir və bu yarışmanı Bakıda keçirmək onlar üçün böyük şərəfdir. Azərbaycan «Eurovision» mahnı müsabiqəsinin təşkilinin böyük bir məsuliyyət olduğunu dərk edir və bunun üçün bütün zəruri addımları atmağa hazırdır», - məktubda deyilir.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) «Running Scared» mahnı sı ilə «Eurovision 2011» müsabiqə sinin qalibi olub.
XS
SM
MD
LG