Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:36

Yeji Buzek: «Azərbaycandakı bütün siyasi məhbuslar azad edilməlidir»


Jerzy Buzek
Jerzy Buzek
“Avropa Birliyi müasir, çiçəklənən və demokratik Azərbaycanın qurulmasında vacib tərəfdaş olmaq istəyir.”

Bunu Avropa Parlamentinin prezidenti Jerzy Buzek AzadlıqRadiosunun müxbirinə müsahibəsində deyib.

Buzek Azərbaycanda dialoq, ifadə azadlığı, media plüralizmi, habelə müxalifət və vətəndaş cəmiyyətilə konstruktiv əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidlə yanaşdığını bildirib.

O qeyd edib ki, Azərbaycanda həbsdə qalan bütün siyasi məhbuslar azad edilməlidir və mən Şərq Tərəfdaşlığı və Avropa Parlament Assambleyası çərçivəsində Azərbaycanla əməli əməkdaşlığı alqışlayıram.

Jerzy Buzek sonda qeyd edib ki, amma Azərbaycanda insan haqları və siyasi azadlıqlar sahəsində inkişafla əlaqələrimiz daha möhkəm olardı.
XS
SM
MD
LG