Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:30

«Cabbar günü»


Cabbar Savalanlı
Cabbar Savalanlı
Sentyabrın 3-də gənc məhbus, AXCP üzvü Cabbar Savalanlının 20 yaşı tamamlanır.

Bu münasibətlə «İnsan Haqları Uğrunda» İctimai Hərəkatın ofisində «Cabbar günü» keçirilib.

Tədbirdə hüquq müdafiəçiləri, gənc cəbhəçilərlə yanaşı onun anası, qardaşı və dayısı da iştirak ediblər.

Bu haqda AzadlıqRadiosuna tədbirin təşkilatçılarından biri Natiq Cavadlı məlumat verib.

«BİZDƏ SİYASİ MƏHBUS BELARUSDAN 3 DƏFƏ ÇOXDUR»

«İnsan Haqları Uğrunda» İctimai Hərəkatın rəhbəri Eynulla Fətullayev Cabbar Savalanlının günahsız həbs edildiyini deyib:

«Cabbar mətin, mübariz gəncdir. O, qondarma ittihamla şərlənərək tutulub. Belarus prezidenti Lukaşenko siyasi məhbusları azad edəcəyinə söz verib. Bu, sevindiricidir. Amma bizdə Belarusdan 3 dəfə artıq siyasi məhbus var. Biz tələb edirik ki, Cabbar tezliklə azadlığa buraxılsın».

TORT VƏ AÇIQCALAR

«Bəziləri yaxınlarının siyasi məhbus olduğunu deməyə qorxurlar. Amma mən Cabbarla fəxr edirəm».

Bunu da Cabbar Savalanlının dayısı deyib.

Cabbar Savalanlının vəkili Anar Qasımlı sentyabrın 3-də onunla görüşdüyünü, gənc məhbusun özünü yaxşı hiss etdiyini deyib.

Üstünə «Cabbar 20» yazılmış tort sonda onunla görüşə gedən anasına verilib.

İştirakçıların yazdığı onlarla açıqca da bu günlərdə ona çatdırılacaq.

Cabbar Savalanlı bu il mayın 4-də 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, narkotik vasitəni əldə etməkdə və saxlamada təqsirli bilinib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Cabbar Savalanlının siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir və azadlığa buraxılmasını tələb edirlər. «Amnesty International» onu vicdan məhbusu kimi tanıyıb.
XS
SM
MD
LG