Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:53

Ramiz Rövşəndən hakimiyyətə təkliflər


Şair Ramiz Rövşən
Şair Ramiz Rövşən

Ziyalılar Forumunun bir qrup üzvü 2 aprel aksiyasında həbs olunanlara və Bəxtiyar Hacıyevə baş çəkəcəklər. Hələlik onların ziyarətlərinin tarixi məlum deyil. Eyni zamanda, siyasi məhbusların azadlığa buraxılması ilə bağlı prezidentə müraciət etməyi planlaşdırırlar. Onların müraciətləri yaxın saatlarda yayılmalıdır.

Müraciətin müəlliflərindən biri olan şair Ramiz Rövşənlə bu haqda danışırıq:

- Tək Bəxtiyarla bağlı yox, hamısı ilə bağlı müraciət edəcəyik. Əgər biz cəmiyyətdə barış nöqtələri axtarırıqsa, islahatlar getməsini, normal vətəndaş cəmiyyətinin yaranmasını istəyiriksə, bunun ilk addımı Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin, 2 aprel mitinqiylə bağlı həbs olunan cavanların, başda Arif Hacılının azad olunmasıdır.

Bunların hamısı buraxılmalıdır. Çünki məhkəmələr mənə qeyri-ciddi təsir bağışladı. Mən oxudum ordan yazılanları. Demək olar, üstü açıldı və məlum oldu ki, ortada cinayət yoxdur. Mənə elə gəlir ki, bu həbslər nə hakimiyyətə lazımdır, nə cəmiyyətə. Özü də istərdim bir daha belə məqam olmasın. Siyasi məhbus məsələsi Azərbaycana ən töhmət gətirən məsələdir.

- Təsəvvür edək ki, Ramiz Rövşən, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev getdiz həbsxananın qarşısına. Hansı effekti gözləyirsiz?
- Siyasi motivlərlə həbs olunanların hamısı üçün gedə bilərik həbsxana qabağına. Bəxtiyar üçün də gedə bilərik, 2 aprel mitinqində həbs olunalar üçün də. Söhbət nə gözləməkdən getmir. Amma mahiyyətcə bu, bizim münasibətimizdir. Yəni mən onları dərhal açıb buraxacaqlarını, görüş verəcəklərini deyə bilmərəm.

Amma artıq bizim bunu deməyimiz özü bir münasibətdir. Buna bir cəhd etmək... Bu il Azərbaycanın müstəqilliyinin 20 illiyi gəlir. Təsəvvür edin ki, müstəqilliyə səs verən millət vəkillərindən biri Arif Hacılı həbsdədir.

Bizim ən qədim partiyamız Müsavatdır. Bu il onun 100 yaşı tamamlanır. O partiyanın ikinci adamı həbsdədir. Çox xoşdur ki, müstəqilliyin 20 illiyi dövlət səviyyəsində qeyd olunur. Mən düşünürəm ki, Müsavat Partiyasının yubileyi də dövlət səviyyəsində qeyd olunmalıdır. Bu hakimiyyətin özünə başucalığı gətirər.

- Ölkədə əxlaqın deqradasiyaya uğraması ilə bağlı Ziyalılar Forumunun təşəbbüsü ilə geniş müzakirə getdi. Sonda dövlət başçısına müraciət hazırlamaqla bağlı qərara gəldiz. Bu müraciət hansı tonda olacaq və mesaj nə olacaq?
- Ölkədəki bütün böhranların, istər siyasi olsun, istər təhsil, səhiyyə, nə problem varsa, məmləkətdə gedən mənəvi-əxlaqi böhrandan, deqradasiyadan qaynaqlanır. Bunu bir çox parametrlərdən müzakirə etmək olar. Təbii ki, burda qanunların işləməməyi də var, pis nümunələrin daha üzdə, daha qabarıq olmağı da var.

Tərbiyənin bir şərti nümunədir. Mən elə bilirəm, bizim cəmiyyətin müsbət nümunələrə çox böyük ehtiyacı var. Neqativ həddən artıq çoxdur. Tutaq ki, oktyabrın 18-də bütün məhbusların, tam arxayın deyirəm ki, haqsız tutulan siyasi məhbusların (onların işində cinayət tərkibli heç nə yoxdur) azad olunması birinci addım olardı. Yəni müraciətdə də bu olacaq.
XS
SM
MD
LG