Gecə yarı...
Şəhərin yuxulu gözləri süzülür
şərab kimi
səhərə sarı...
Bir azdan
gecə öz libasını soyunacaq,
adamlar gecəni çılpaq görmək üçün
yuxudan oyanacaq...
***
Bu yol gedər-gələr yoldur,
Bu yollardan gözünü çək.
Könlüm, gəl birgə ağlayaq,
Getdi yenə gəldiyi tək...
***
Bu dunyada yaşamagın dadı yox,
Sevib, həsrət çəkənlərdən bezmişəm.
"Nəysə"lərə omur boyu boyun əy,
''Kaş ki''lərdən, ''bəlkə"lərdən bezmişəm...
***
Səhərlə qoşa qarıyan gecə,
Səhər sarıdan yarıyan gecə
Gözlərimi hər yerdə arayan gecə,
Sən ancaq ruhumu görə bilərsən
Məndən sonra…
***
Zamanın nəbzini
tutmağa çalışmayın,
çünki
o nəbz vurmur artıq…
***
Dəli kimi sevmək də var omurdə -
Məhəbbətin bir vaxtindan qorxuram.
Bu gün könlum ayrılığa tuş gəlib,
Bu gündüzün şər vaxtından qorxuram...
***
Ulduzlardan sıyrılıb,
gecələrdən keçək biz.
Gəl, günəşin sağlıgına
bircə qədəh içək, biz.
***
Sevgi ilə dostluğun arasında
bircə qarış yol varmış…
O bir qarış yola da
tufan gələr,
çovğun düşər,
ya da ki
qar yağarmış…
***
Bu gecə başqa bir gecə,
Payızın da qar-qışı var,
Payız heç getmek istəmir -
Pəncərəmdə göz yaşı var...