Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:29

Hərbi komissarlıqlar ləğv olundu, RÜŞVƏT BİTDİMİ?


Korrupsiometr - hərbi çağırışda rüşvət daha işləməyəcək?
Gözlə

No media source currently available

0:00 0:50:32 0:00
Direct-ə keçid

Korrupsiometr - hərbi çağırışda rüşvət daha işləməyəcək?

-


ÇAĞIRIŞ QAYDALARI 20 İLDƏ 20 DƏFƏ DƏYİŞDİ

Hərbçi ekspert Üzeyir Cəfərov iddia edir ki, bəzi məşhur müğənnilərin övladlarının adları müxtəlif hərbi hissələrdə xidmətə yazılıb, özləri isə Bakıda müxtəlif cinayət əməllərinə görə tutulublar.

O, hesab edir ki, hərbi komissarlıqlar ləğv olunub yerində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılsa da Azərbaycanda pul verib hərbi xidmətdən yayınma azalmayacaq.

Martın 8-də AzadlıqRadiosunun “Korrupsiometr” proqramında hərbi çağırışda rüşvət iddiaları müzakirə edilib.

Proqramda qeyd edilib ki, martın 7-də ombudsman Elmira Süleymanova Milli Məclisə illik hesabatında deyib ki, hökumətin hərbi çağırışa nəzarəti gücləndirməsi çox vacibdir. Hökumət isə hərbi çağırış qaydalarını son 20 ildə 10 dəfə dəyişib. Sonuncu dəfə də fevralın 23-də hərbi komissarlıqları ləğv edib yerində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaratdı.
Üzeyir Cəfərov
Üzeyir Cəfərov

Üzeyir Cəfərov yeni yaradılan Dövlət Xidmətinin işindən də bədgümandır. Onun fikrincə, bəlkə də yeni qurum formalaşandan sonrakı bir neçə ayda ictimaiyyətə təqdim olunmaq üçün bəzi müsbət işlər görüləcək: “Rüşvətxorluğa və neqativ hallara yol verilməyə cəhd edən şəxslər ola bilər ki, ictimaiyyətə təqdim olunsun, amma sonra hər şey əvvəlki axarı ilə davam edəcək.

Bu qanunlar on dəfə dəyişilib, hər dəfə dəyişiləndə cəmiyyətə məlumat verilmir ki, dəyişiklik hansı zərurətdən meydana gəlib. Bir aya yaxındır qurum yaranıb, amma rəsmilərdən heç kim məlumat vermir ki, bu qurumu zəruri edən nədir?”

İSLAHATLAR NƏYİ DƏYİŞDİ?

“Ordunun dostları” ictimai birliyinin sədri Emin Həsənli isə daha çox rəsmi arqumentləri müdafiə edir. O, qeyd edir ki, son iki ildə onsuz da hərbi çağırış sistemində ciddi
Emin Həsənli
Emin Həsənli
islahatlar aparılmış, rüşvət halları tam aradan qaldırılmışdı: “Hərbi komissarlıqların ləğvi də gözlənilən idi, bu, aparılan islahatların tərkib hissəsidir.

Ekspertlər bu islahatları müxtəlif cür qiymətləndirirlər, bəziləri deyirlər islahatlar zəif gedir sürətli olmalıdır, bir qismi qəbul edir ki, bu, hərbi-elmi qanunlara uyğun şəkildə aparılır.

Hərbi komissarlıqların ləğvi və daha geniş səlahiyyətli qurumun yaradılması da çoxdan müzakirə edilirdi. Bu qurum gənclərin, hərbi müəllimlərin yüksək səviyyədə hazırlanmasına, orta məktəblə hərbi hissələr arasında əlaqəni qurulmasına xüsusi töhfə veriləcək. Bir müddət sonra uğurları görəcəyik. ”

XİDMƏT ETMƏMƏYİN QİYMƏTİ...

Müzakirədə səslənən məlumata görə hələ qarşıdakı hərbi çağırışı da köhnə hərbi komissarlıqlar həyata keçirəcəklər. Ondan sonra isə yeni yaradılan Dövlət Xidməti fəaliyyətə başlayacaq.

Müzakirə zamanı 20-ə yaxın dinləyici sms-lər yazaraq fikirlərini ifadə etdilər. Yaşar imzalı dinləyici yazır ki, hansı hərbi hissəyə düşməyi guya kompyuterlə təsadüfi seçmə ilə aparırlar. Amma dinləyici soruşur ki, kompyuter pulluları tanıyırmı? Necə olur ki, kompyuter pulluları nisbətən yaxşı şəraiti olan yerlərə salır?

Vətəndaş imzalı dinləyici dedi ki, toplananların yerini dəyişəndə cəm dəyişmir, sistem dəyişməlidir.

Dinləyicilərdən daha biri bildirib ki, Bakıda hərbi hissələr günü on beş manata evə buraxırlar.

Emin Həsənli isə səslənən bu ittihamların heç birinin əsası olmadığını bildirdi.

Hüquqşünas Fariz Namazlı isə daha çox çağırışçıların hərbi hissələrə düşdükdən sonra
Fariz Namazlı
Fariz Namazlı
hüquqlarını qoruya bilmədiklərinə diqqət çəkdi.

Onun fikrincə, hərbi hissələrdə əsgərə şikayətini göndərmək üçün qoyulan qutular problemi həll etmir. Çünki, zabitlər həmin şikayətlərin ünvanına çatmasına imkan vermirlər: “Əsgər hərbi hissədən çıxa bilmədiyi üçün şikayət də edə bilmir, çox vaxt onların əvəzinə valideynləri şikayət edirlər. Həmin poçt qutusuna atılan məktublar hərbi hissə rəhbərliyi tərəfindən oxunur və xoşagəlməz hallar olanda mən düşünürəm ki, həmin məktub göndərilmir.”

Fariz Namazlı hesab edir ki, hərbi hissələrdə bütün əsgərlərin yuxarı orqanlara birbaşa şikayət göndərmələrinə şərait yaradılmalıdır.

Müzakirəni tam şəkildə burada dinləyə bilərsiniz:



Müzakirədə səslənən təkliflər
Üzeyir Cəfərov:
- Rəsmilər hər hansı dəyişikliklər barədə məlumat verməlidirlər
- Səfərbərlik və hərbi xidmətə çağırış üzrə məsələlər peşəkarlara həvalə olunmalıdır.
Emin Həsənov:
- Döyüş bölgəsini qorxulu yer kimi yox şərəfli yer kimi təlqin etmək lazımdır.
Fariz Namazov:
- Hərbi hissə qulluqçularının şikayət verilməsi üçün mexanizm yaradılmalıdır.
Dinləyici:
- Cəbhə bölgəsində xidmət azad və yaxud pullu olsun.

Bəlkə səndə daha yaxşı ideyalar var.

Səncə, yenə pul verib hərbi xidmətdən yayınmaq mümkün olacaqmı?
Prezident sən olsaydın, çağırışda rüşvəti kəsmək üçün nə edərdin?

Fikirlərini aşağıdakı foruma göndər, sənin də səsi eşidilsin.

XS
SM
MD
LG