Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:10

AXCP fəalları sərbəst buraxılıb [VIDEO]


AXCP-çi gənclər aksiya keçirib, xəsarət alanlar var
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid

AXCP-çi gənclər aksiya keçirib, xəsarət alan var

Martın 7-də Yasamal rayon məhkəməsində AXCP fəallarından 5 nəfəri - Dəyanət Babayev, Cabbar Savalanlı, Bəhruz Həsənov, Ziya Zamanlı və Saqif Qurbanov cərimə olunaraq buraxılıb.

Bu haqda AzadlıqRadiosuna Cabbar Savalanlı məlumat verib. Bildirib ki, bu günkü aksiyada ona və Dəyanət Babayevə polis tərəfindən ağır xəsarətlər yetirlib. «AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlıya isə polis şöbəsində işgəncə verilib, onun taleyi haqqında heç bir məlumatımız yoxdur».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, polisin aksiyaçılara xəsarət yetirməsi haqqında məlumatlar doğru deyil. O Əbülfəz Qurbanlıya işgəncə verilməsi haqqında deyilənləri isə dezinformasiya adlandırıb.

Bu xəbər sayta hazırlanarkən AXCP sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna bildirib ki, Əbülfəz Qurbanlı daxil olmaqla bu günkü aksiyada tutulanların hamısı buraxılıb.

***

Martın 6-da bir qrup AXCP üzvü bu partiyanın həbsdə olan fəalları Məhəmməd Məcidli ilə Babək Həsənovun 16 saylı cəzaçəkmə müəssisəsində fiziki zorakılığa məruz qalmalarına etiraz olaraq aksiya keçiriblər.

Onlar siyasi məhbusların şəkillərini qaldırıb, «Siyasi məhbuslara azadlıq» şüarları səsləndiriblər.

Aksiyanın Ədliyyə Nazirliyinin binası qarşısında keçirilməsi planlaşdırılsa da Milli Elmlər Akademiyasının qarşısındakı parkda keçirilib. Aksiyaçılarla polis arasında qarşıdurma olub, iki nəfər xəsarət alıb.

Hazırda Yasamal rayon polis idarəsində olan AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna bildirib ki, polislə qarşıdurma zamanı iki nəfər - Cabbar SavalanDəyanət Babayev xəsarət alıb. Hazırda 17 nəfər aksiyaçı Yasamal rayon polis idarəsindədir.

Yasamal rayon polis idarəsindən saxlananlarla bağlı məlumat vermədilər.
XS
SM
MD
LG