Bu gün Yaponiyada matəmdir. Ölkə keçən il baş vermiş güclü zəlzələ və sunami qurbanlarının xatirəsi yad edir. Yaponiyanın şimal-şərqində baş vermiş keçən ilki təbii fəlakət nəticəsində 19 min adam həlak olmuşdu.
Yerli vaxtla saat 14. 46-da (Bakı vaxtı ilə 9. 46-da) bir dəqiqəlik sükutla zəlzələ və sunami qurbanları yad edilib. Təbii fəlakət məhz bu saatda baş vermişdi.