Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:11

Azərbaycanda səhiyyənin özünün müalicəyə ehtiyacı var - deyənlər haqlıdırmı?


Korrupsiometr - Azərbaycanda səhiyyənin özünün müalicəyə eht
Gözlə

No media source currently available

0:00 0:54:55 0:00
Direct-ə keçid

Korrupsiometr - Azərbaycanda səhiyyənin özünün müalicəyə eht

-



“Son 4 ildə tibbi sığorta islahatlarının yerinə yetirilməsi üçün hər il dövlət büdcəsindən 30 milyon manat vəsait ayrılır, amma hələ ortada heç nə yoxdur. Hələ həqiqi mənada islahatlar gedilə bilmir. Problemlərin qalmasında maraqlı olanlar var, kimlərsə buradan böyük miqdarda vəsait əldə edir”.

Bu iddianı AzadlıqRadiosunun “Korrupsiometr” proqramında İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev səsləndirdi.
Azər Mehtiyev
Azər Mehtiyev

O hesab edir ki, hazırda Azərbaycanda işini yaxşı bilən həkimlər çox olsa da idarəetmə sistemi onların bir çoxunu xəstənin əlinə göz dikməyə məcbur edir:

- Bu gün heç kəsə sirr deyil ki, hansısa həkim vəzifə tutmaq üçün pul verməli olur. Yaxud ona haqq ödəmək məcburiyyəti qoyulursa, o da kimdənsə pul almalı olur.

Azərbaycanda böyük pullar qoyulsa da səhiyyə sistemində islahatlar zəifdir. Ciddi siyasi iradə tələb edir ciddi sığorta tətbiq olunsun.

Neqativ hallara səbəb olan bir vəziyyət də həkimlərin həm də özəl xəstəxanalarda işləmələridir, təsəvvür edin, həkim dövlət xəstəxanasına gələn xəstəyə deyir ki, burada müalicə edə bilmirəm, filan şey yoxdur. Sonra da deyir ki, onun işlədiyi özəl xəstəxanaya getsin. Yəni, burada maraq söhbəti var.

Loğman Əliyev
Loğman Əliyev
Proqramın digər qonağı, Xocasən Sağlamlıq Mərkəzinin baş həkimi Loğman Əliyev isə səslənən tənqidləri əsassız adlandırır. O, qeyd edir ki, son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazası olduqca yaxşılaşdırılıb və dövlət xəstəxanalarında bütün səhiyyə xidmətləri pulsuzdur:

- Daha xəstələr xaricə çox getmir. Çünki indi hətta ürək əməliyyatları da Azərbaycanda olunur. Gedənlər də bizim həkimlərin işinin keyfiyyətini onlarla müqayisə edir və bir daha da müalicə üçün xarici ölkəyə üz tutmurlar.

Hacı Hacılı
Hacı Hacılı
Verilişə İsveçrədən qatılan Hacı Hacılı da qeyd edir ki, Azərbaycan həkimləri heç də İsveçrədəki həkimlərdən savada görə geri qalmırlar:

- İsveçrədə həkimlərin yüksək əmək haqqı və icbari sığorta sistemi var. Əgər həkim yardımçısı kimi işə başlayan bir nəfər 6 min avro əməkhaqqı alırsa, onun rüşvət də alması absurd səslənəcək. İsveçrədəki daha çox öz sahələrinə yönəlmiş həkimlərdir.

Polemikanı ətraflı burada dinləyə bilərsiniz:



Müzakirələrdə səslənən təkliflər

Azər Mehtiyev:
- Tibbi sıorta sisteminin icrasına başlansın.
- Dövlət sektorunda işləyən həkimlərin özəl sektorda işləməsi qadağan olunsun

Loğman Əliyev:
- Şikayətçilər qaynar xəttə şikayət etsinlər (99412) 565-12-64
- Həkimlərin maaşları qaldırılsın.


Bəs, sən düşünürsən, QƏRARI VERƏN SƏN OLSAYDIN, necə edərdin ki, həkim xəstədən pul ummasın?

Fikirlərini aşağıdakı foruma göndər, sənin də təkliflərin eşidilsin.

XS
SM
MD
LG