Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 07:43

«Partiyaların büdcədən maliyyələşdirilməsi demokratik inkişafın göstəricisidir»


Əli Əhmədov
Əli Əhmədov
«Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi Azərbaycanın demokratik inkişafının göstəricisidir. Ayrılan maliyyə vəsaiti partiyaların fəaliyyətini daha da yaxşılaşdıracaqdır. Yeni Azərbaycan Partiyası da ayrılan maliyyə vəsaitindən istifadə edəcəkdir».

Bu sözləri Yeni Azərbaycan Partiyasının məlumatına görə, həmin partiyanın icra katibi Əli Əhmədov «Siyasi partiyalar haqqında» Qanuna əlavə və dəyişikliklərin edilməsinə münasibət bildirərkən deyib.

Ə. Əhmədov bildirib ki, YAP parlament seçkilərində qalib gələrək Milli Məclisdəki yerlərin 85 faizini tutub. «Uğurlu fəaliyyətin nəticəsində ötən 2011-ci ildə 25 min nəfər YAP-a üzv olub. Bu gün partiyanın 560 mindən çox üzvü var. Bu rəqəmlər sadəcə olaraq statistika deyil, vətəndaşların siyasi mövqeyinin göstəricisidir».
XS
SM
MD
LG