Azərbaycanda «Eurovision» Mahnı Müsabiqəsi həftəsində müştəri gözləyən tək-tük otel qalıb. Bakıda əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş otellər artıq dolub.
7 GECƏYƏ 2000 MANAT
Booking.com saytında Bakının 56 oteli haqında məlumat yerləşdirilib. Onlardan 14-ü mayın 20-27 tarixlərində boşdur – boş otaqların sayı 1-dən 5-ə qədər göstərilib.
Saytda 7 gecəlik yer üçün qiymət ən azı 2 min manat civarındadır.
Bakıda otellərin qiymətləri əcnəbilərin ürəyini heç də açmır. İsveç mediasında çalışan Thomas Thoren bir həftə öncə Bakıda ən ucuz otel axtarışıyla gecəsi 70 manatdan aşağı qiymətə olan yer tapmayıb:
TÜRKİYƏDƏ 25-30 AVROYA, AZƏRBAYCANDA 70 MANATA
«Otel qiymətləri Bakıda həddən artıq bahadır. Mən tez-tez Türkiyəyə səfər edirəm və heç belə vəziyyətlə rastlaşmamışam. Jurnalist kimi mənim üçün bahalı oteldə qalmaq mümkün deyil. Bir tanışımın köməyi ilə Bakıda gecəsi 70 manata ev tapdım, amma o qədər pul veriləsi yer deyildi. Məsələn, Türkiyədə belə şərtlərlə 25-30 avroya otel tapa bilirəm».
Hazırda Bakıda 100-ə yaxın mehmanxana var. Son bir ildə paytaxtda 6 beşulduzlu otel istifadəyə verilib.
«Reuters» agentliyinin yaydığı xəbərə görə, Bakıya «Eurovision» musiqi yarışına can atan hər kəs otel nömrələrinin qiymətlərini görəndə, şoka düşəcək.
QİYMƏTLƏR 6 DƏFƏ QALXIB?
Almaniyanın «Swoodoo» turizm bürosunun məlumatına görə, Bakıda elə otellər var ki, qiymətləri 6 dəfə qaldırıblar.
Turizm üçün şəraiti məhdud olan ölkədə qiymətlərin bu artımı «Swoodoo» bürosunu təəccübləndirib:
«Bakının otel infrastrukturu Qərbi və Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilməz» - «Swoodoo»un təmsilçisi Christian Saller belə deyib. O, bildirib ki, Bakıda otellərdə bir gecəlik orta qiymət mayın 22-27 arası 341 avro olacaq. Halbuki, bir neçə həftə əvvəl qiymət 140 avro idi.
OTEL İŞÇİSİ: QİYMƏTLƏR QALXIB
Bakıda söhbətləşdiyimiz otel təmsilçilərindən müsabiqəyə görə qiymətləri qaldırdıqlarını deyənlər də oldu, bunu təkzib edənlər də.
«Old Gates» otelindən dedilər ki, adi günlərdə 100 manata verilən tək otağın qiyməti mayın 20-27-də 250 manata qalxıb.
«Ambassador» oteldən isə bildirdilər ki, müsabiqə həftəsi ən ucuz otaq 250 manatdır. Bu rəqəm müsabiqədən əvvəlki həftə 200 manat olub.
«Abu-Arena» oteli isə hər hansı bahalanmadan söhbət getmədiyini deyir.
Ötən ay Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bildirmişdi ki, nazirlik mahnı müsabiqəsi ilə əlaqədar mehmanxanalara qiymətləri artırmamağı tövsiyə edib:
«Mehmanxanalar özəl sektora daxildir. Qiymətlərin qalxıb-qalxmayacağı ilə bağlı heç nə deyə bilməyəcəyəm. «Eurovision» mahnı müsabiqəsi ilə əlaqədar mehmanxanalarda tam hazırlıq işləri görülüb və turistlərin qəbulu üçün də heç bir problem yoxdur».
NAZİRLİK OTEL OTAQLARINI ALIB
«İçərişəhər», «Old Gates», «Ambassador» və digər otellərdən AzadlıqRadiosuna bildiriblər ki, əksər yerləri qonaqlarını yerləşdirmək məqsədilə Mədəniyyət Nazirliyi alıb.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, azad bazar prinsipinə görə, otellərdə bahalaşma normaldır. Ekspertin fikrincə, problem ondadır ki, Azərbaycanda otellər daha çox 3-5 ulduzludur, hər kəsin cibinə uyğun deyil:
«KİÇİK OTELLƏR AÇILMALIYDI»
««Eurovision»un kontingenti əsasən gənc və tələbələrdən ibarətdir. Qərbi Avropadan yox, əsasən Şərqi Avropadan gəlməsi gözlənilir. Daha kasıb ölkələrdən yəni. Onların «Hilton»da, ya da «Kempinski»də günlüyü 300-500 manat arasında qiymətə qalmağa imkanları olmayacaq. Əsasən kiçik və ucuz otellərin tikilməsinə hədəf qoyulmalıydı və bunu təşviq etməliydi hökumət».
Elə bu bahalıq üzündən mayın 21-də yarışmanı izləməyə gələcək holland tələbə Mandy Duijn tanışlarının köməyi ilə 4 günlük ev kirayələyəcək:
«5 GECƏYƏ 4 MİN AVRO»
«2 ay əvvəldən axtarmağa başlayanda bronlaşdırmaq olmurdu. 2 həftə əvvəl yenidən axtarmağa başladıq. Bəzi otellər tapdıq, amma həddən artıq baha idi. Biz 4 nəfərik, 3 otaq tutmaq istədik, 5 gecə bizə 4 min avroya başa gəlirdi. Bizim bu qədər pulumuz yoxdur. Bizim üçün bahalı olan ən ucuz otellərdə isə yer tapa bilmədik. Ona görə də ev tapdıq ki, kirayə qalaq. Düzdür, o ev də ucuz deyil, hərəmizə hər gecə üçün 145 avro ödəyəcəyik. Amma oteldənsə, bu, daha ucuzdur».