Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:50

Çingiz Qənizadə: «Eurovision 2012»dək amnistiya aktının qəbulu mümkün deyil


Çingiz Qənizadə
Çingiz Qənizadə
Deputat, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə «Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində aktual olan bir sıra məsələlər barədə AzadlıqRadiosuna fikirlərini bildirib. Onunla müsahibəni təqdim edirik.

- Çingiz bəy, bəzi deputatlar «Eurovision 2012» öncəsi amnistiya olacağını istisna etmirlər.

- Bu, inandırıcı deyil. Amnistiya aktı qanundur və Milli Məclis tərəfindən qəbul olunmalıdır. Buna qədər isə sənəd komitə iclaslarından keçməli, gündəliyə salınmalıdır. Bu baxımdan qalan 10-15 gündə amnistiya aktının qəbul olunması qeyri-mümkündür. Yəni, bunu çox sürətlə, operativ, müzakirəsiz gerçəkləşdirmək olar. Onda da hesab edirəm ki, bu, artıq qanun yox, nəyinsə sifarişlə Milli Məclisdən keçirilməsi olar.

- Nəzəri baxımdan Sizin dediyinizlə razılaşmaq olar. Amma Azərbaycanda bir çox məsələlərin sürətlə Milli Məclisdən keçirilməsi halları da müşahidə olunub.

- Nə deyim. Hər halda mayın 22-sindəki plenar iclasın gündəliyini təxmini bilirəm. Orada amnistiya məsələsi yoxdur.

- Onda bəs hüquq müdafiəçiləri nəyə əsaslanıb «Eurovision» qabağı bütün məhbusların buraxılacağını düşünürlər?

- Bu fikri deyərkən əfv və ya məhkəmə qaydasında azadlığa buraxılma da nəzərdə tutula bilər. Amma bunun da haradan qaynaqlandığı mənim üçün bəlli deyil. Çünki əfv cənab prezidentin konstitusion hüququdur və onun nə vaxt belə bir sənəd imzalayacağını əvvəlcədən kimsə bilə bilməz. Amma hüquqi prosedur qaydalarla azadlığa buraxılma məsələsini operativ qaydada həll etmək olar.
XS
SM
MD
LG