Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı ərəb dilində çıxıb


Kamal Abdulla
Kamal Abdulla
Bu yaxınlarda yazıçı Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı ərəb dilinə tərcümə olunaraq işıq üzü görüb.

Xəbəri AzadlıqRadiosuna Slavyan Universitetinin mətbuat xidməti verib.

Roman Misirin Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Tərcümə Mərkəzi tərəfindən dünya ədəbiyyatı seriyası çərçivəsində nəşr olunub.

«Yarımçıq əlyazma» romanı Ayn-Şəms Universitetinin müəllimi, azərbaycanşünas alim doktor Əhməd Sami Elaydi tərəfindən tərcümə olunub.

Doktor Əhməd Sami eyni zamanda romanın ərəb dilinə tərcüməsinə ön söz yazıb.

Önsözdə azərbaycanşünas alim bu romanın əhəmiyyətini və ərəb dünyasında yayılmasını, onun Azərbaycan ədəbiyyatındakı yerini vurğulayaraq bildirib ki, romanın «Nobel» mükafatına namizədliyi irəli sürülüb.

«Yarımçıq əlyazma» ərəb dünyasında, o cümlədən Misirdə Azərbaycanın bədii əsərlər silsiləsindən ərəb dilində tərcümə olunan ilk əsərlərdən biridir.

Xəbərdə vurğulanır ki, Milli Tərcümə Mərkəzinin müdiri professor Xeyri Abu Doma tezliklə Misirdə kitabın təqdimat mərasiminin keçiriləcəyini, mərasimə yazıçı Kamal Abdullanın da dəvət olunacağını deyib.
XS
SM
MD
LG