Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 09:25

Nuranə Nur. Səhər


-
SƏHƏR

Yenə gecə paltarını geyindi əyninə göy üzü.
Yenə pəncərəmə gəldi ay gecələməyə.
Yenə yar bilib basdım bağrıma gecəni.
Sükutun ahənginə uygun
pıçıldadım qulağına:
“Yaman darıxmışam”.
Aglamasaydım,
Boğulardım.
Keçirib əllərini boğazıma bayaqdan qəhər
Göz yaşlarım yudu yenə
göy üzünün paltarını,apardı rəngini,
açıldı səhər.
XS
SM
MD
LG