Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 07:56

Süleyman İsmayıl. Şeirlər


-

* * *


İna­na bil­mi­rəm bu sən­sən, ana,

Bü­kü­lüb qa­lıb­san yu­maq ki­mi sən.

Nə­dən öz əlin­lə tik­di­yin ev­də

Bu gün yad ki­mi­sən, ya­maq ki­mi­sən?



Mə­na­sı nə ol­du o əzab­la­rın?

Ni­yə hə­yat be­lə mə­na­sız imiş?!

Ana, ol, ya ol­ma... - de­yi­rəm, Tan­rı

Bəl­kə bu­na gö­rə ana­sız imiş?!



Bəl­kə bu­na gö­rə oğul­suz, qız­sız,

Ba­cı­sız, qar­daş­sız, - tək imiş Al­lah?!

Dün­ya­da ha­mı­ya dərd ve­ri­lir­miş,

Dər­di - dərd bi­lən­lər çə­kir­miş, Al­lah!



Sən ki, ba­rış­ma­dın ta­le­yin­lə heç,

Gö­rə­sən, dün­ya­da səh­vin nə imiş?

...Onu bi­li­rəm ki, bəx­tin kəm isə

Əl­lə­şib, vu­ruş­maq əf­sa­nə imiş.



İna­na bil­mi­rəm bu sən­sən, ana,

Sən qu­ru tor­pa­ğı bağ elə­yir­din.

Bi­zim ya­nı­mız­dan kü­lək əsən­də

Sən co­şub ara­nı dağ elə­yir­din.



Biz ni­yə ol­ma­dıq sə­nin ki­mi bəs?

Bəl­kə elə sə­nin gü­na­hın ol­du.

Bir dəs­tə oğul-qız bö­yüt­dün əbəs, -

Bir dəst yor­ğan-dö­şək pə­na­hın ol­du?!



Dün­ya­da hər şe­yin ölüm­dür so­nu!

“O” var­kən hə­yat­da mə­na nə imiş?..

Mən elə bi­lir­dim Ana - Ana­dır,

Ölüm olan yer­də Ana nə imiş...



* * *



Dər­ya­lar­da heç üz­mə­di gə­mi­miz.

Bu dün­ya­da bi­çil­mə­di zə­mi­miz.

Hər sev­gi­dən şi­rin ol­du qə­mi­miz,

Get gö­zə­lim,

get əzi­zim,

get...



Mən bir kör­pə yol­çu­suy­dum bu yo­lun,

Bu dün­ya­da səy­yar idi xə­ya­lım.

Nə bi­ləy­dim sev­da yo­lu su yo­lu, -

Get gö­zə­lim,

get əzi­zim,

get...



* * *



Xa­ti­rə­lər hü­cum çə­kər yu­xu­ma,

Sev­da­la­rı bu­rax­ma­ram ya­xı­na,

Çə­tin bir də qo­şu­lam o axı­na, -

Get gö­zə­lim,

Get əzi­zim,

get...

Mən xoş­bəxt olar­dım uça bil­səy­dim!

Mən xoş­bəxt olar­dım - xə­yal­la­rı­mı

Ger­çə­yə dön­də­rib uça bil­səy­dim.

Mən xo­ş­bəxt olar­dım - bu qol­la­rı­mı

Bir gün qa­nad ki­mi aça bil­səy­dim.



Quş­lar var də­ni­zin üs­tüy­lə uçur,

Quş­lar var öl­kə­dən öl­kə­yə yo­lu.

Quş­lar var so­yuq­da, is­ti­də uçur,

Quş­lar var...

Göy üzü quş­lar­la do­lu.

Ra­zı­yam, - mən olar­dım

Öm­rü bir­cə yaz

Bir köv­rək kə­pə­nək ol­say­dım ba­rı.

Bir tə­bəs­süm ki­mi çə­ki­lən­də yaz

Tök­səm də yar­paq­tək o qa­nad­la­rı -

Mən xoş­bəxt olar­dım, uça bil­səy­dim!


***

Ötən ilin buludları
Yağır bu ilə, bu ilə.
Ötən ömrün umudları
Axır su ilə, su ilə.

Dərdimizi, qəmimizi
Rüzgar sovur eldən-elə.
Vurub yıxır kimimizi,
Kimi atır ildən-ilə.

Nə ümid var gələcəyə,
Nə ötənlər ürək açır.
Bir qapıdır, bir pəncərə
Külək örtür, külək açır…

***

Uzaqda qaldı gəncliyim,
Qırxımı tamam elədim.
Cavan ikən öləcəyim
Qorxunu tamam elədim.

Ötdü nəğmələr yazdığım,
Gümanlar içrə azdığım,
Özümdən ötru qazdığım
Arxımı tamam elədim.

Tale sevmir yazıqları,
Doğru çıxır yazdıqları.
Qoydum qalsın uzaqları, -
Yaxını tamam elədim.

.***

Vaxt - bizim düşmənimizdir,
Hər an əlimizdən çıxır.
Söyləməyə qorxduğumuz
Söztək dilimizdən çıxır.

Bulaq olur, çaya dönür,
Günə dönür, aya dönür,
Qışa dönür, yaya dönür
Sonra ilimizdən çıxır.

Gəlirik-gedirik vaxtsız,
Dünya haqlı, bizsə haqsız.
Yanırıq odsuz-ocaqsız, -
Tüstü külümüzdən çıxır.

***

Sahilin ayağı qalıb,
Gecənin soyuğu qalıb.
Mənim bir qayığım qalıb,
Bu şəhərin dənizində.

Neçə yayı-qışı ötüb,
Yosun-yosun daşı bitib.
Çox gümanlar düşüb itib
Bu şəhərin dənizində.

Gözlərimə nəmi dolub,
İzlərimə qumu dolub,
Gördüyüm bir ümid olub
Bu şəhərin dənizində.


***

Ovcumda isidib əridib qarı
Yenə düşünürəm bayaqdan səni.
Bu günlər yanımda olsaydın barı
Qoruya bilərdim soyuqdan səni.

Gözlərin soyuyub desən, deməsən.
Yenə soyuq-soyuq, buz kimi gülür.
Yenəmi nəyinsə ümidindəsən?
Yenəmi ağlına yüz fikir gəlir?!

Gəzmişəm ayağın dəyən hər yerdə,
Lap bir dar cığırda izin qurtarıb.
Sən hələ üzürsən tərəddüdlərdə,
Məni tərəddüdlər üzüb qurtarıb.


***

Bu gün
mənim otağımda hamı susur:
divarlar,
mən,
kağız,
qələm.
Bayırda
bu gündən sabaha,
köhnə ildən təzə ilə
küləklər əsir.

Saatın əqrəbləri
«12»-nin üstündə
bir saniyə düşünür
və… yeni ilin qırmızı lentini kəsir.

Bu da sabah,
bu da yeni il!

...Mənim otağımdasa
Hər şey əvvəlki kimi, -
hamı susur.
Bayırda
küləklər əsir.


***

Oyaq qaldığım gecəmə,
Əllərin kimi
isidə bilmədiyim
düşüncəmə
qar yağır.

Sükutun qoynunda uyuyur gecə…

Qar yağır
sakitcə,
səssizcə,
gecəmə,
düşüncəmə…


***

Yuyulub ayaq izləri,
Külək nəğmə deyir hərdən.
Qayıqlar kimi gözləyir
Yalqız qalan sahillərdə?

Sular yenə ləpələnir,
Dağılır qum təpələri.
Qağayılar səpələnib
Yalqız qalan sahillərdə.

Qısalıb ömrü gündüzün.
Dənizdə yalqızlıq üzür.
Görən adam necə dözür
Yalqız qalan sahillərdə?

Ləpələrin gülüşləri
gəlir, çılpaq daşa dəyir.
Gözümə göz yaşı dəyir
Yalqız qalan sahillərdə.

.***

Şirvan xalçasında soyuq bir çalar.
Habil segahında sonuncu xallar.
Nədənsə hamının yadında qalar
Hər ilin, hər ilin dekabr ayı.

Soyuq qar gətirib, yağır bayaqdan,
Salıb öz yolunu dərədən, dağdan.
Yoruldum günləri sadalamaqdan
Hər ilin, hər ilin dekabr ayı.

Nə təbiəti bir, nə də işi bir,
Hər biri sorğusuz işini bilir.
On iki qardaşdır, - son beşiyidir
Hər ilin, hər ilin dekabr ayı.


Oyun

Bütün bu oyunlar tanışdır bizə, ¬
Oynaya-oynaya böyümüşük biz.
Gedib yas yerində oynamaq üstə
Hələ uşaq ikən döyülmüşük biz.

Böyüklər həmişə oynadıb bizi,
Heç vaxt qaytarmayıb söz, oynamışıq.
Deyiblər "çalğını neyləyir uşaq?"-
Onlar əl çalıblar, biz oynamışıq.

Arabir girmişik top oyununa.
Oyunçu çatmayıb, sayıblar bizi.
Elə hey deyiblər “arxada oyna”,
Ya da topdaşıyan qoyublar bizi.

İndiki oyunlar daha da qəliz:
Məşqçilər hamının baxır boyuna.
Səhərdən axşama məşq eləyən - biz,
Amma başqaları çıxır oyuna…


Mən uça bilsəydim

Mən xoşbəxt olardım – xəyallarımı
Gerçəyə döndərib uça bilsəydim.
Mən xoşbəxt olardım – bu qollarımı
Bir gün qanad kimi aça bilsəydim.

Göz yumub açınca bu yaşa çatdım
Yaxşıca gözümü ova bilmədim.
Nə vaxtsa oyanan uşaq arzumu
Neyləyim, başımdan qova bilmədim.

Qaranquş olardım - ola bilmədim.
Qağayı olardım - ola bilmədim.
Qollarımı açdım yana qanadtək,
Neylədimsə qanad çala bilmədim.

Quşlar var dənizin üstüylə uçur,
Quşlar var ölkədən ölkəyə yolu.
Quşlar var soyuqda, istidə uçur,
Quşlar var…
Göy üzü quşlarla dolu.

Razıyam, – mən adi kəpənək olum!

Mən xoşbəxt olardım – ömrü bircə yaz
bir kövrək kəpənək olsaydım barı!
Bir təbəssüm kimi çəkiləndə yaz
Töksəm də yarpaqtək o qanadları –
Mən xoşbəxt olardım, uça bilsəydim!


O şeir…

Bu şeir o şeir deyil, bilirəm,
O bir möcüzəydi, bir sehrdi o.
Yaza bilməmişəm indiyə kimi,
Yazmalı olduğum ilk şeirdi o.

Deyirən son dəfə nəfəs çəkəndə
O şeir sinəmə dolaydı barı.
Yazmalı olduğum birinci şeir
Nolaydı sonuncu olaydı barı.

...Yaza bilməmişəm. Amma o şeirin
Üzümdə işığı – gülüşüm qalıb.
O şeir ilk gündən qələmin, bir də
Dilimin ucuna ilişib qalıb.

Bu şeir o şeir deyil, bilirəm
Bilirəm, yenə də yazıram ancaq.
Axacaq kağıza göz yaşı kimi,
O şeir bu sayaq yazılmayacaq!

O şeirin buludu başımın üstə,
Cücərti olmuşam, yağıb-bitmişəm.
Hər dəfə o şeirə yol başlamışam,
Çaşıb başqa yola çıxıb getmişəm.

Bu şeir o şeir deyil, bilirəm,
Bilirəm, duyuram qədərsiz kədər.
Mən öz ürəyimin dərinliyinə
Enə bilməmişəm o şerə qədər.


Bilinməz

Mən bir daha bu dünyaya gəlmərəm,
Çünki gəlsəm, gəlməyim də bilinməz.
Həyat nədir, ölüm nədir – bilmərəm,
Bilsəm əgər, bilməyim də bilinməz

Dünya elə adiləşib gözümdə,
Adi olub, köhnə olub sözüm də.
Bir mənasız kölgə gəzər üzümdə,
Ağlamağım, gülməyim də bilinməz.

Yüz yarımçıq nəğmə ölür dilimdə,
Axtarsan hey köz taparsan külümdən.
Ürəyimin min dərdi var, - öləndə
Hansı dərddən ölməyim də bilinməz...


Hələ balacayam

Hələ balacayam, hələ balaca.
Hələ sözüm ötmür sözlər yanında.
Hələ sözüm ötmür
sözün açığı.

Yaşım çoxlarının yaşından artıq.
İşim çoxlarının işindən artıq.
Amma böyüməyə nəyimsə çatmır,
Elə balacayam,
elə balaca.

Hələ axırdadır yerim sırada.
Hələ axındadır şerim sırada.
Hələ sözüm ötmür sözlər yanında,
Hələ balacayam,
hələ balaca...


Bir şer yaz

Bir şer yaz
Misralarında
Özümü görüm olduğum kimi.
Qəlbimdə adamlara
Məhəbbətimi, kinimi…

Bir şer yaz
görüm ki,
Məni də görən var –
Özümdən başqa.

Bir şer yaz;
Nə görürsən elə yaz –
qəm dolu gözümdən başqa.
Qəm dolu, ümidsizlik dolu gözümdən…

Bir şer yaz,
bilim ki,
Sənə biganəliyimin
Yalanlığını bilirsən.

Bir şer yaz,
bilim ki,
Hardasa
suyun necə yandığını bilirsən.

Bir şer yaz…


"Azərbaycan" jurnalı, Oxu zalı
XS
SM
MD
LG