Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:57

Azərbaycan səfirliklərinin təhlükəsizliyini gücləndirir


Elman Abdullayev
Elman Abdullayev
«Azərbaycan Ermənistan rəhbərliyinin təcavüzkar çağırışlarını nəzərə alaraq xarici ölkələrdəki səfirliklərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirəcək».

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev belə deyib.

AzərTAc xəbər verir ki, sentyabrın 3-də jurnalistlərə danışan XİN sözçüsü qeyd edib ki, təhlükəsizliyin gücləndirilməsi üçün Azərbaycanın bütün səfirliklərinə akkreditə olunduqları ölkələrin Daxili İşlər nazirliklərinə məktub göndərmələrinə dair müraciət ünvanlanacaq.

Azərbaycanla Ermənistan arasında gərginlik avqustun 31-dən daha da artıb. Həmin gün Azərbaycan ordusunun zabiti Ramil Səfərov Azərbaycana təhvil verilib və o, prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Ramil Səfərov 2004-cü il fevralın 19-da Budapeştdə erməni zabit Qurqen Markaryanı öldürməkdə təqsirli bilinərək tutulmuş, 30 il müddətinə əfv olunmaq hüququndan məhrum edilməklə ömürlük həbsə məhkum etmişdi.
XS
SM
MD
LG