Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:45

Soros Almaniyaya: "Ya avroya liderlik elə ya da çıx"


Maliyyəçi George Soros Almaniyaya mürciət edir ki, “ya avroya liderlik elə ya da avronu tərk et”.

Sorosun “New York Review of Books” da çıxan yazısının əsas ideyaları:

Maliyyəçi hesab edir ki, “istənilən alternativ variant indiki yolda təpik döyməkdən yaxşıdır”.

Avropa Mərkəzi Banklının keçən həftə elan etdiyi ölkələrin borclarını almaq planını da Soros yaxşı saymır. Onun fikrincə, bu, avronu xilas edir, ancaq Avropanı uzun müddətə ikiyə bölür- borclu və borc verən ölkələrə.

Sorosun fikrincə, avrozonada depressiyanın uzanması Avropa Birliyini dağıda bilər.

Soros təkid edir ki, “avrozona ölkələri birlikdə yaşaya bilmirlərsə, onda ayrılmaq daha yaxşıdır”.

Avrozonanı kim tərk etməlidir? – Sorosun fikrincə, bu da çox vacib məsələdir.
Hamı Yunanıstanın avrozonadan çıxmasından danışırsa, Sorosun fikrincə, Almaniya avrozonadan çıxsa, daha yaxşı olar.

Soros hesab edir ki, Almaniya çıxsa, bu, dağıdıcı, ancaq idarə oluna bilən hadisə olacaq.

Maliyyəçinin fikrincə, bu, domino effektindən- borclu ölkələrin bir-bir avrozonadan çıxmasından yaxşıdır.
XS
SM
MD
LG