Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:18

Vəkil: «Zaur Qurbanlıya psixoloji təzyiq olunub»


Zaur Qurbanlı
Zaur Qurbanlı
-
Həbsdə olan gənc fəal Zaur Qurbanlıya psixoloji təzyiq olunub.

Bunu onun vəkili Aslan İsmayılov AzadlıqRadiosuna bildirib. O, Zaur Qurbanlı ilə görüşdüyünü deyir:

«Gün ərzində bir neçə dəfə Z.Qurbanlının işinə heç aidiyyəti olmayan, şəxsiyyətini bilmədiyim əməkdaş onu otağına çağıraraq cürbəcür, mahiyyəti kimlərinsə adını çəkmək məqsədi daşıyan suallar verib. Onun dediklərinə əməl etməyəcəyi təqdirdə Zauru 7-12 il həbs cəzası gözlədiyini bildirib».

Aslan İsmayılov deyir ki, Zaur Qurbanlının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması tamamilə qanunsuzdur:

«Bu, nəyin bahasına olursa-olsun ondan da Pavlik Morozov düzəltmək, yaxud gələcəkdə hansısa ittiham irəli sürmək üçün ifadə almaq məqsədi daşıyır. Zaur göstərilən psixoloji təzyiqlərə baxmayaraq, özünü təmkinli aparır. Mənə bəlli oldu ki, həbs olunandan sonra hədə-qorxu və təzyiq nəticəsində onun guya polisə qarşı kobud davranması barədə ifadə alıblar. Baş verən qanunsuzluqlar barədə Baş Prokurorluğun «Qaynar xətt»inə məlumat verib onun dərhal inzibati xəta törətmişlər üçün nəzərdə tutulan müəssisəyə yerləşdirilməsini tələb etmişəm».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, Aslan İsmayılovun psixoloji təzyiqlə bağlı dedikləri onun vəkili olduğu şəxsi müdafiə etmək məqsədi daşıyır və bu iddianın heç bir əsası yoxdur.

Zaur Qurbanlı sentyabrın 29-da həbs olunub.

«Amnesty International» oktyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyətini Zaur Qurbanlını tezliklə azad etməyə çağırıb.
XS
SM
MD
LG