Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:29

Elnur Aslanov: İnternetə dövlət nəzarətinin mövcudluğu iddiası cəfəngiyatdır


Elnur Aslanov
Elnur Aslanov
-

«Ölkədə internetə dövlət nəzarətinin mövcudluğu iddiası cəfəngiyatdan başqa bir şey deyil». APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

«Bu gün əhalinin 65 faizi internetdən istifadə edir, 1 milyondan artıq insan Facebook istifadəçisidir, digər sosial platformaların istifadəçilərinin sayı isə günbəgün artır».

Elnur Aslanov ölkədə mobil operatorlarda internetdən istifadə qiymətlərinin də kifayət qədər aşağı olduğunu deyib.

«Bu göstəricilər Azərbaycan dövlətinin liberal mahiyyətini göstərməklə yanaşı, əhalinin internetə çıxışının təmin edilməsinin və məhdudiyyətsiz internet imkanlarından azad şəkildə istifadə etməsinin bariz nümunəsidir. İnternetdə aparılan fikir mübadiləsi, məlumatların paylaşması vətəndaşların ifadə azadlığından daha geniş müstəvidə istifadə etməsi anlamına gəlir. Bunların hamısını açıq və şəffaf şəkildə həyata keçirilir».

BMT-nin təşkil etdiyi İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini və təkmilləşdirmə ilə bağlı aparılan müzakirələri misal gətirən Elnur Aslanov deyib ki, Azərbaycanda internetə dövlət nəzarətinin mövcudluğunu iddia etmək boş cəfəngiyatdan başqa bir şey deyil.

«Kiminsə fikir və mülahizələri onun subyektiv düşüncəsidir və qərəzli mövqedən qaynaqlanır, Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyır. Bu, əlbəttə, çox təəssüfləndirici haldır», deyə PA rəsmisi bildirib.
XS
SM
MD
LG