Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:09

Şadlıq sarayları ilə mübarizə aparmağın çətinliyi


Mətbuat icmalı
Mətbuat icmalı
-

«SEVİNC BABAYEVA ÖLÜB YA QƏTLƏ YETİRİLİB?»

Dekabrın 28-də çıxan qəzetlərin əksəriyyətinin manşeti təxminən eynidir: video qalmaqala görə barəsində cinayət işi qaldırılan Sevinc Babayevanın ölüm xəbəri yayılıb.

«Azadlıq» qəzeti «Sevinc Babayevanın müəmmalı ölümü»ndən yazır:

«Mandat alveri»ndə vasitəçi olan qadın öz əcəli ilə ölüb, yoxsa qətlə yetirilib?».
«Azadlıq» onu da yazır ki, ABU-nun sabiq rektoru Elşad Abdullayev Sevinc Babayevaya ölümü haqda xəbərdarlıq edibmiş. O qəzetə deyib ki, ölüm xəbəri doğrudursa, Türkiyənin hüquq-mühafizə orqanları mütləq bunun səbəblərini araşdırmalı, həqiqəti üzə çıxarmalıdırlar.

«ADAM YOXDUR, PROBLEM YOXDUR»

«Bizim yol» da eyni məsələyə toxunub. Köşə yazarı Məmməd Süleymanoğlu yazır: «Bu qadının yox olması onun xidmətində durduğu hakimiyyətə də, elə özünə də sərf edir. Adam yoxdur, problem də yoxdur». Ancaq qəzet daha sonra yazır: «Bəlkə də belə deyil? Belə olmadığını sübut etmək çox çətin olacaq».

ƏLİ HƏSƏNOB B. BRİTANİYA HAQDA...

«Yeni Azərbaycan» qəzeti Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini dərc edib. O, yenə beynəlxalq qurumları Azərbaycana qarşı qərəzli olmaqda günahlandırıb. «Əgər onlar üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanın anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, o zaman Avropa ölkələrində polisin o tipli aksiyaçılara tutduğu divana qiymət versinlər. Nəyə görə 2011-ci ildə Böyük Britaniyada 2000-ə yaxın insanın həbsi, bloqqerlərin məhkum edilməsi, internetin məhdudlaşdırılması haqqında heç nə demirlər?...».

ŞADLIQ SARAYLARI İLƏ MÜBARİZƏNİN ÇƏTİNLİYİ

«Yeni Müsavat» qəzeti yazır: «Şadlıq evlərinə qoyulan «standart haqq» etirazla qarşılandı». Söhbət Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqlədiyi «Şadlıq saraylarının təsnifatı və qaydalar»dan gedir. Restoranlardan birinin inzibatçısı deyib ki, bu qaydaları reallaşdırmaq mümkün deyil, bu sadəcə, «haqq qoparmaq üçündür». Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, şadlıq sarayları ilə mübarizə aparmaq çətindir, çünki onların əksəriyyəti məmurlara məxsusdur.
XS
SM
MD
LG