-
Elm də əldəqayırma bir allahdır.
Elmi nailiyyətlər hökumətlərin əlində amansız və mənasız qırğın vasitələrinə çevrilib.
Hətta ispan inkvizisiyasının, Çingiz Xanın, İvan Qroznının, azğınlaşmış Roma imperatorlarının hər hansı birinin istifadə etdiklərindən də amansız vasitələrə!
(Məşhur Amerika yazıçısının 1995-ci ildə növbəti dəfə layiq görüldüyü “İlin Humanisti” fəxri adının təqdimat mərasimindəki çıxışı. Rus dilindən Seyfəddin Hüseynli tərcümə edib)
Kurt Vonnegut
NİYƏ MƏNİM İTİM HUMANİST DEYİL...
Mən vaxtilə boyskaut idim. Bildiyiniz kimi, boyskautların devizi – «Hazır ol»dur. Elə buna görə də, ədəbiyyat üzrə Nobel mükafatının mənə təqdim olunacağı mərasimdə (əgər bu, baş tutacaqdısa) səsləndirmək üçün hələ neçə il əvvəl bir nitq yazıb hazırlamışdım.
O nitqdə cəmi səkkiz söz vardı. Məncə, ən yaxşısı onları burada işlətməkdir. Hə, necə deyərlər, «ya sözünü de, ya da həmişəlik mumla».
Budur o nitqim: «Mən sizin ucbatınızdan bu cür qoca kaftara dönmüşəm».
Elə bilirəm, mən bu gün bu böyük şərəfə layiqəm, çünki bir belə müddət ərzində davam gətirə bilmişəm. Lindon Consonun siyasət haqqında söylədiyini, cürət eləyib, mən də humanizm haqqında deyirəm. O demişdi: «Siyasət çətin iş deyil: eləcə burnunu küləyin səmtinə tut və dəfn mərasimlərinə get».
Gərək üzrlü sayasınız ki, mükafata görə papağımı göyə atmıram. Mən buraya ancaq sizinlə söhbətə gəlmişəm, hansısa mükafat üçün yox.
H.L.Menkenin sözlərinə görə, Kolambiya Universitetinin sonuncu prezidenti Nikolas Mürrey Batlerin planetimizdə hər kəsin ala biləcəyindən daha artıq fəxri dərəcəli medalları və başqa bu cür təltifləri vardı. Menken qeyd edir ki, görüləsi bircə iş qalmışdı – onu bir qızıl parçaya büküb, Günəşin öz gözləri də qamaşıncayadək cilalayıb parıldatmaq.
Bu, birinci dəfə deyil ki, məni humanist olmaqda ittiham edirlər. 25 il əvvəl, Ayova Universitetində dərs deyəndə bir tələbə qəfildən mənə dedi: «Eşitmişəm, siz humanistsiniz…»
Cavabım belə oldu: «Hə? Bəs humanist kimə deyilir ki?»
O isə qayıtdı: «Mən də sizdən elə bunu soruşuram. Məgər aldığınız pul bu kimi sualları cavablandırmaq üçün verilmirmi?!»
Mən qeyd etdim ki, zəhməthaqqım olduqca yığcamdır. Sonra da ona, məndən qat-qat artıq pul qazanan, hər şeydən əfzəl, mənim o vaxt (lənət şeytana, elə indiyədək də) ala bilmədiyim fəlsəfə doktoru dərəcəsini almış professorların adlarını sadaladım.
Ancaq bu irad boğazımda ilişib qaldı. Öskürüb onu çölə buraxmağa, diqqətlə nəzərdən keçirməyə çalışdığım anda birdən ağlıma gəldi ki, bəs əgər humanist – insanları dəlicəsinə sevən, Uill Rocers kimi, ömrü boyu xoşlamadığı bircə nəfərə də rast gəlməyən adamdırsa, onda necə?
Bu cizgilər mənə heç uyğun gəlmirdi. Amma əvəzində mənim itimə yaraşırdı. Köpəyimin adı Sendiydi, hərçənd ki, o, şotland deyildi. Qıllısifət macar ovçarkasıydı. Mən isə qıllısifət almanam.
Sendini Ayova şəhərindəki kiçik zooparka aparmışdım. Elə bilirdim, camışları, koyotları, yenotları, kisəli siçovulları, tülkülərı, canavarları - bütün bu əcaib canlıları marıtlamaq ona maraqlı gələcək. Sendi, mənim fikrimcə, ordakı heyvanlardan yayılan fərqli qoxulardan həzz alacaqdı, ən çox da camışın o müdhiş qoxusundan.
Di gəl ki, Sendinin diqqət yetirdikləri ancaq insanlar oldu! Orda olduğumuz müddətdə o elə hey quyruğunu bulayırdı. İnsan nə görkəmdəydi, ondan nə cür iy gəlirdi – bunların heç biri Sendinin vecinə deyildi. O insan – bir uşaq da ola bilərdi, itlərdən zəhləsi gedən əyyaş da. Merilin Monro kimi füsunkar bir gənc qadın da ola bilərdi, lap Hitler də. Eleonor Ruzvelt də ola bilərdi. Hər kim olsa da, Sendi yenə quyruğunu bulayacaqdı.
«Humanistlərin Qədim Yunanıstan və Romadan, İntibah dövründən ilham aldıqlarını» «Britannika» Ensiklopediyasından oxuduqdan sonra mən köpəyimi Humanistlər cərgəsindən sildim. Heç bir it – Rin-Tin-Tin də, hətta Lessi də əsla humanist deyildilər.
Bundan başqa, özüm üçün aydınlaşdırdım ki, humanistlər öz maraq və meyllərində ardıcıldılar. Onlar, belə deyək, öz düsturlarında Allah-Təalanı dərhal, yerindəcə görmək, eşitmək, hiss etmək, iyləmək, dadmaq mümkün olanlarla qarışdırmaq istəməzdilər. Sendi isə, təkcə mənə yox, rastına çıxan hər kəsə arsız-arsız yalmanırdı, sanki həmin kişi, yaxud da qadın bu kainatın yaradıcısı, hakimiymiş.
Çünki o, humanistdən çox, sadəcə, axmağın dal ayağıydı.
Hərçənd, Ser İsaak Nyuton bu fikirdəydi ki, Allah-Təalanı dünyadakı digər olub-keçənlərin hamısıyla birgə qəbul etmək gərəkdir, Bencamin Franklinin də eyni fikirdə olduğuna mən inanmıram. Çarlz Darvinsə özünü elə aparırdı ki, guya ictimai mövqeyinə görə bu cür düşünür. Ancaq Qalapaqos adalarına səfərindən sonra bu riyakarlıqdan qurtulmaq səadətinə qovuşdu. Bu, cəmi 150 il əvvəl baş verib.
Franklindən söz düşmüşkən, xudmani haşiyə çıxıb, bir məqamı da aydınlaşdırmağı özümə rəva bilirəm. O, Frankmason idi - Volter, Böyük Fridrix, həmçinin Cefferson, Medison kimi.
Bu böyük xadimlərin bizim mənəvi sələflərimiz olduqlarını öyrənmək, yəqin ki, burdakıların əksəriyyəti üçün xoş olardı. Hərçənd, bu Frankmasonlar dəstəsini bu cür səciyyələndirmək olmaz. Niyə?
Çıxışımdan sonra, əlbəttə, əgər etiraz etməsəniz, aranızdan kimsə Frankmasonluğun naqis cəhətini mənə anlada bilərmi?
Mən bunu belə başa düşürəm: Franklinin vaxtında, Volterin dövründəki kimi, Frankmasonluq antikatolik olmaq anlamına gəlirdi. Frankmasonluğa qoşulmaq Roma Katolik Kilsəsindən ayrılmaq mənasını verirdi.
Məmləkətin katolik əhalisi çox sürətlə artırdı, odur ki, Nyu-Yorkda, Çikaqoda, Bostonda antikatolik olmaq, hardasa, siyasi intihara bərabərdi. Elə biznesdə də bu, intihar deməkdi.
Bildiyim qədərilə, mənim bu ölkədəki xalis doğmalarımdan və irsi sələflərimdən – hamısı Almaniyadan gəlmiş mühacirlərdi – heç biri Frankmason olmayıb və mən Vonnequtların burada doğulmuş dördüncü nəslinin nümayəndəsiyəm. Hərçənd, birinci Dünya Müharibəsi ərəfəsində onların bir çoxu «Azadfikirlilər» kimi xeyli mötəbər, amma, Allah bilir, nə dərəcədə ciddi təşkilatların fəal üzvləriymişlər.
Yəqin ki, bu otaqda özünü hələ də o cür adlandıran bir-iki amerikalı tapılar. Ancaq ümumi götürəndə «Azadfikirlilər», bir təşkilat kimi, yoxdur artıq. Ona görə yox olub ki, əsasən amerikalı almanlardan ibarət idi. Və əksər amerikalı almanlar uzaqgörənlik edib belə nəticəyə gəlmişdilər ki, Birinci Dünya Müharibəsi dövründə onları əhalinin qalan hissəsindən fərqləndirə biləcək nə varsa, hamısından yaxa qurtarmaq lazımdır. Üstəlik, «Azadfikirlilər»in bir çoxu həm də almaniyalı yəhudilərdi.
Mənim ulu babam, Münsterdən olan mühacir-tacir Klemens Vonnequt Darvini oxuyandan sonra «Azadfikirlilər»ə qoşulmuşdu. İndianapolisdə onun adını daşıyan məktəb var. Uzun illər orada məktəb şurasının sədri olub.
Bu səbəbdən də, mənim təmsil etdiyim, davamçısı olduğum humanizm İntibahdan, yaxud xristianlığaqədərki, ideallaşdırılmış Yunanıstan və Romadan qaynaqlanmır. O, son elmi kəşflərdən qaynaqlanır, mənim həqiqəti arama metodum da onlara əsaslanır.
Bir vaxtlar mən biokimyaçı olmağa can atırdım, eynilə aramızdan vaxtsız getmiş qardaşımız Ayzek Əzimov kimi. O, biokimyaçı ola bildi, mənimsə bəxtim gətirmədi. O məndən ağıllıydı, bunu ikimiz də bilirdik. İndi onun məkanı səmalardır.
Mənim doğmaca babamla atam memardılar. Onlar dəqiq ölçülmüş həcmdə istifadə edilən, Allah-Təalanın özündən fərqli olaraq, mövcudluğu şübhə altına düşməyən taxta və polad, qum və daş, mis və kərpic kimi materiallar hesabına İndianapolisin simasını dəyişirdilər.
Qardaşlarımdan yeganə salamat qalanı - doktor Bernard Vonnequt məndən səkkiz yaş böyükdür. Fizikdir, kimyaçıdır və daima fırtına buludlarının elektrik yükü barədə düşünür. Ayzek Əzimov həyatının sonunda etiraf etdiyi kimi, mənim böyük qardaşım da indi boynuna alır ki, elmi nailiyyətlər hökumətlərin əlində amansız və mənasız qırğın vasitələrinə çevrilib. Hətta ispan inkvizisiyasının, Çingiz Xanın, İvan Qroznının, azğınlaşmış Roma imperatorlarının hər hansı birinin istifadə etdiklərindən də amansız vasitələrə! Elaqabal da öz yerində... Onun ziyafət salonunda dəmir öküz vardı, içərisi boşdu, oraya giriş üçün qapı qoyulmuşdu. Öküzün ağzında, içindən çölə səs çıxsın deyə, deşik açılmışdı. O, adamları öküzün içərisinə həbs etdirir, sonra da onun qarnının altında tonqal qalatdırırdı. Beləcə, öküzün ağzından ucalan insan çığırtıları hesabına, qonaqlarına kef verirdi.
Biz, müasir insanlar, təyyarələrdən, yaxud raket qurğularından, gəmilərdən ya da artilleriya batareyalarından istifadə etməklə, adamları diri-diri qızardırıq, əllərini, ayaqlarını qopardırıq.
İndianapolisdə, balaca bir oğlan olduğum vaxtlar mən öz dövrümə şükür edirdim ki, işgəncə kameraları, «dəmir qız»lar, «ispan çəkmələri» və başqa nələrsə artıq yoxdur. Ancaq bunlar Roma dövründən, orta əsrlərdəkindən daha çoxdur indi. Bu məmləkətdə olmasa da, hardasa, adətən bizim dost dediyimiz ölkələrdə belədir. «Human Rights Watch» təşkilatından soruşun! Bu bəs eləməsə, «Amnesty International»dan xəbər alın! ABŞ Dövlət Departamentini kənara qoyun!
Həmin o işgəncə kameralarındakı dəhşətlər, oradakı etiraf-inandırma üsulları elektrik cərəyanının necə yayıldığını, insanın əsəb sisteminə xas cəhətləri ətraflı öyrənmək və digər amillər sayəsində ciddi şəkildə təkmilləşdirilib. Eynilə hərbi vasitələr elmin köməyilə təkmilləşdirildiyi kimi.
Yeri gəlmişkən, Napalm bombası Harvard Universitetinin Kimya fakültəsinin sivilizasiyaya hədiyyəsidir.
Bu mənada, elm də əldəqayırma bir allahdır, mənimsə - istehza, satira, «pamflet» ovqatım yetişməyincə - ona səcdə etmək niyyətim yoxdur.