Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

Elşad Abdullayev: "Gülər Əhmədovanın həbsi gecikmiş qərardır"


Elşad Abdullayev
Elşad Abdullayev
Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədovanın həbs olunması qərarını geçikmiş tədbir hesab edir.

O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, əgər bu qərar vaxtında qəbul edilsə idi bir sıra cinayətlərin qarşısı alınardı:

"Mən Azərbaycanda olduğum müddətdə müvafiq orqanlara yüzlərlə şikayət etmişəm və əgər bu şikayətlərə vaxtında baxılsa idi qardaşım Mahir Abdullayevin oğurlanmasında əsas şahidləri aradan götürməzdilər.

Və bu cinayətə ona görə gec hüquqi qiymət verilib ki, istər qardaşımın oğurlanması, istərsə də Gülər Əhmədovanın mandat al-verinin arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev durur".

Elşad Abdullayev həmçinin məsələyə verilən hüquqi qiymətin törədilən əmələ uyğun olmadığını deyir:

"Burda söhbət Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkarlıqdan gedir və bunun da başında Ramiz Mehdiyev dayanır.

Bu gün daha effektli tədbirlər görülməsi üçün Ramiz Mehdiyev barəsində cinayət işi qaldırılmalıdır. Çünki o vəzifəsindən sui-istifadı edərək bu cinayətlərin törədilməsinə şərait yaradıb, onlara havadarlıq edib.

Bu gün Azərbaycanda belə bir mütəşəkkil cinayətkar qrupun açıq-aşkar fəaliyyət göstərməsi təkcə mənə yox, digər elm adamları, Azərbaycan ziyalıları, Azərbaycan tələbələri və gənclərinə qarşı bir represiyadır".

Elşad Abdullayev Gülər Əhmədovanın ittiham olunduğu maaddələrlə də razı deyil.

O hesab edir ki, burda cinayət məcəlləsinin adam oğurluğu ilə bağlı 154-cü maaddəsi tətbiq edilməli idi.

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev hazırda Fransada mühacirətdə yaşayır.
XS
SM
MD
LG