Intiqam Əliyevə Praqada mükafat təqdim olundu
Martın 4-də azərbaycanlı insan haqları müdafiəcisi İntiqam Əliyevə "People in Need" insan haqları təşkilatının mükafatı təqdim edilib. Bu mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir. Mükafat yüzlərlə yerli və xarici qonağın, insan haqları müdafiəçilərinin qatıldığı mərasimdə Çex Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Karel Shwarcenberg tərəfindən təqdim olunub.