Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:46

Azərbaycanda məhbus sayı Avropa Şurasının orta göstəricisindən 2 dəfə çoxdur


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan, Gürcüstan, Latviya, Rusiya və Litvada məhbusların sayı Avropa Şurasında orta göstəricidən - hər 100 min nəfərə 149 məhbus - iki dəfə çoxdur.

apa-nın məlumatına görə, bu barədə AŞPA-nın hüquqi məsələlər Komitəsinin iclasında hazırlanan qətnamədə bildirilib.

Komitə problemin aradan qaldırılması üçün əsasən zorakılıq xarakteri daşımayan əməllər törədən, ilk dəfə məsuliyyətə cəlb olunan şəxslər barəsində həbslə nəticələnməyən cəza növlərinin tətbiqini təklif edir.

Avropa Şurasının statistikasına görə, quruma üzv olan 21 ölkənin həbsxanalarında həddindən artıq sıxlıq hökm sürür. Belə ki, Serbiyada 100 yerlik həbsxanada 172, İtaliyada 152, Kiprdə 151, Yunanıstanda 123, Türkiyədə 115, Fransada 108 məhbus cəza çəkir. AŞPA həmin ölkələri məhbusların saxlanma şəraitini yaxşılaşdırmağa çağırır.

Qətnamə AŞPA-nın aprelin 22-26-da keçiriləcək yaz sessiyasında səsverməyə çıxarılacaq.
XS
SM
MD
LG