Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Zeynəb Xanlarova DİN-ə etiraz etdi: «Bu, nə şərdir yaxırlar mənə...»


Zeynəb Xanlarova
Zeynəb Xanlarova
-
Xalq artisti, deputat Zeynəb Xanlarova həbsdə olan ilahiyyatçı Taleh Bağırova qarşı ittihamlarda adının hallanmasına narazılığını dilə gətirib. O, «Azadlıq» qəzetinə bildirib ki, bu məsələ ona çox pis təsir edib:

«İnanın, özümə gələ bilmirəm. Mən Nardaran camaatından həmişə hörmət görmüşəm. Mən məscid tikdirmişəm. Mən məhz onların xahişi ilə prezidentin qəbulunda olub kommunal problemlərini qaldırmışam. Hörmətli prezidentə demişəm ki, onlar mərd, kişi adamlardır. Prezident də mənim xahişimdən sonra onların kommunal problemlərinin həllinə göstəriş verib.
Mən kişi qızıyam. Mənim üçün heç vaxt müxalifət-iqtidar söhbəti olmayıb. Mənim üçün həmişə xalq olub. Mən həmişə aşağı təbəqəni sevmişəm, onların mövqeyində olmuşam, onlara yaxşılıq etməyə çalışmışam. İndi bu nə şərdir yaxırlar mənə?
Mən heç kimdən şikayət etməmişəm. O oğlanın həbsini eşidən də çox pis oldum ki, gənc bir övladımız həbsə düşüb.
O ittihamı hazırlayanlara deyirəm, kimi tutmaq istəyirsinizsə, kişi kimi, öz adınızdan tutun, mənim adımı bu işə qatmayın».

Aprelin 11-də daha öncə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayaraq 9 gün əvvəl naməlum şəxslərin Nardaran qəsəbəsində Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açdığını diqqətə yetirmişdi. Məlumatda deyilirdi ki, həmin şəxslər onun həyətinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar.

Məlumatda bu da bildirilmişdi ki, «Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb. Birinci mərtəbənin şüşələri sındırılıb və divarına «Taleh Bağırova azadlıq!» sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05:35 radələrində Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar QurbanovRöyal Əsgərov saxlanılıb. Əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb».

Sözügedən məlumatda bu da vurğulanıb ki, «sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb».
XS
SM
MD
LG