-
Mayın 14-də Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaları tənzimləyən qanun layihəsini qəbul edib. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun layihəsi elə ilk oxunuşda bəyənildi. Əsas məqsəd – sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydada aparılması və yoxlama zamanı sahibkarların işinə qanunsuz müdaxilələrin qarşısını almaqdır. Yoxlayıcı orqanların siyahısının müəyyənləşdirilməsi və təsdiqi də nəzərdə tutulur. Beləcə, icra hakimiyyəti orqanları yoxlama funksiyalarına təkbaşına qərar verə bilməyəcəklər.
ZAHİD ORUC: «RÜŞVƏT ÜÇÜN ŞƏRAİT YARANIR»
Qanuna əsasən, yüksək risk qrupuna aid sahibkarların işi ildə bir dəfə, orta risk qrupuna mənsublarınkı iki ildə bir dəfə, xırda risk qrupuna aid olanlarınkı isə üç ildə bir dəfə yoxlana bilər. Bu yoxlamaların 5-10 günə başa çatdırılması da qanuni tələb olacaq. Nəticədə sahibkarların yoxlamalara sərf etdikləri vaxt da azalacaq.
Deputat Zahid Orucun fikrincə, qanun müxtəlif məsələləri tənzimləsə də, icra orqanlarının sahibkarlığa müdaxiləsinin qarşısını almaq üçün yetərli deyil:
«Kim müəyyənləşdirəcək ki, hansısa X müəssisə, istehsal elədiyi məhsula görə birinci kateqoriyadır? Yaxud bir başqası xahiş edib özünü ikinci kateqoriyada göstərmək istəməyəcək? Artıq rüşvət üçün şərait yaranır. Biz anlamalıyıq ki, dünyanın hər yerində əsas işi görən iqtisadi stabilliyi təmin edən sahibkarlardır. Sən sahibkarlığı zərbə altına qoysan, cəmiyyət necə firavan yaşayar? Mütləq o zərbə geri qayıdacaq, sənin onun üzərinə qoyduğun biyar və töycü özünü hiss etdirəcək. Sahibkar da onun qabığının çıxarılmasını hansısa formada kompensasiya edəcək».
Deputat qanunu bəyənsə də, başqa tədbirlərin də görülməsini zəruri sayır. Onun fikrincə, təkcə vergi orqanları deyil, başqa qurumlar da yoxlama adı ilə sahibkarların biznesinə əngəl törədə bilərlər.
SAHİBKAR: «BU QANUN SAHİBKARLARIN İŞLƏRİNİ ASANLAŞDIRACAQ»
Sahibkar kimi də çalışan iqtisadçı Nazim Məmmədov təsisçisi olduğu «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan birgə müəssisəsinə ötən il yaradılan əngəldən danışır. Onun dediyinə görə, indi sahibkar müəssislərində yoxlama aparan 16-dan çox dövlət qurumu var və yoxlama aparan qurumları iri şirkətlər yönəldir. Hansısa şirkət daha xırdanı bazardan çıxarmaq üçün orada yoxlama orqanlarına monitorinqlər apartdırır. Bu olmasa belə, yoxlayan məmurlar az maaş aldıqları üçün sahibkardan əlavə ödəniş istəyirlər:
«Bir çox hallarda şəxsi mülahizələrlə yoxlama aparılır, nəinki zərurilik əsasında. Bəzi qurumlar bunu əlavə gəlir mərkəzinə çevirib. Güman edirəm, bu qanun sahibkarların işlərini asanlaşdıracaq. Burada, heç olmasa, müxtəlif orqanlardan şikayətvermə və yoxlamaların dövriliyi göstərilib. Bu yoxlamalar cəzalandırma məqsədi deyil, profilaktika və biznesə dəstək məqsədi daşıyır. Yoxlama aparanlar əksər hallarda bu və ya digər formada şəxsi maraq güddüyü üçün sahibkarlara psixoloji sarsıntı yaşadırlar».
«SÜRÜNDÜRMƏÇİLİK OLMASA, BÜTÜN PUL GEDƏR DÖVLƏTİN BÜDCƏSİNƏ»
Etibar Fərziyev bütövlükdə yoxlama orqanlarının işindən razıdır. O, 7 ildir ki, sahibkarlıqla məşğuldur, özünün inşaat firması var. 5 ildir yaratdığı firma bir dəfə yoxlanıb. O da əmək müfəttişliyi tərəfindən:
«Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun layihəsini Milli Məclisə ölkə prezidenti təqdim edib. Dövlət başçısı bu yaxınlarda sahibkar hüquqlarının tez-tez pozulmasından danışaraq bildirib ki, yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər hər yerdə sahibkarlara kömək göstərməlidirlər:
«Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər».
Prezident bu qanundan öncə 2010-cu ildə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında», 2011-ci ildə isə «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» fərman imzalayıb.

«Gəldilər, tikinti təhlükəsizliyinə aid sənədlərə, aktlara baxdılar, sənədləri tutuşdurdular. Kömək məqsədi ilə gəldilər ki, görək nə çatışmazlıqlar var. Məsələn, əmək müqaviləsi bağlamısınız, ya bağlamamısınız?. Yoxladılar, getdilər. Ümumiyyətlə, sahibkara sərbəstlik verilsə, yaxşı olar. Süni problemlər yaradılmasa, heç kim də yayınmaz, müqaviləsini bağlayar, vergisini də, sosial müdafiənin də pulunu ödəyər. Süründürməçilik olmasa, bütün pul gedər dövlətin büdcəsinə».