Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:40

«Azadlıq» pulunu tələb etdi


«Qasid» mətbuat yayım» qarşısında etiraz aksiyası. Foto: Azadlıq Qəzeti
«Qasid» mətbuat yayım» qarşısında etiraz aksiyası. Foto: Azadlıq Qəzeti
-
«Azadlıq» qəzetinin əməkdaşları «Qasid» mətbuat yayım»ın ofisi qarşısında etiraz aksiyası keçiriblər.

Piketçilər firmanın onlara olan 45 min manat borclarını qaytarmalarını tələb ediblər.

«Azadlıq» qəzetinin əməkdaşları «Pulumuzu tələb edirik», «Azad mətbuatı boğanlara ar olsun», «Azadlıq «Qasid»in əli ilə boğulur» kimi şüarları qaldırıblar.

«Qasid»in sədr müavini qəzetin əməkdaşlarını- jurnalist Şahvələd Çobanoğlu, qəzetin radktor müavini Rahim Hacıyev və qəzetin direktoru Faiq Əmirovu qəbul edib.

Görüşdən sonra Rahim Hacıyev AzadlıqRadiosuna bildirdi ki, müzakirələr müsbət nəticə verməyib:
“Görüşdə kəskin müzkirələr oldu. Ancaq biz onlardan müsbət cavab eşitmədik. “Qasid” yetkilisi yaxın günlərdə ödəniş ediləcəyi lə bağlı vəd vermədi. Hətta bizə bildirdilər ki, sentyabrda bu məsələdə hansısa addımlar atıla bilər. Biz aksiyalarımızı davam etdirəcəyik. Bütün vasitələrə əl atacağıq ki, qəzeti bu durumdan çıxaraq. Başlıca problem də “Qasid”lə bağlıdır”.

Ərazidə olan polislər aksiyaya müdaxilə etməyib.

2012-ci ilin oktyabr ayında da eyni tələblə qəzet əməkdaşları «Qasid»in önündə aksiya keçirmişdilər.

Yayım firmasının adı çəkilən qəzetə 45 min manat borcu var.
XS
SM
MD
LG