Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:07

"İlhama dəstək ver, səni azad edək"


İlqar Məmmədov məhkəmə zalında.
İlqar Məmmədov məhkəmə zalında.
-
“Həbsxanadan meyitim də çıxsa mən İlham Əliyevi dəstəkləyən bəyanatla çıxış etmərəm”

Bunu sentyabrın 20-də Bakı Apellyasiya Məhkəmsində çıxışında REAL Hərəkatının lideri İlqar Məmmədov söyləyib.

İlqar Məmmədov deyib ki, həbsxanada ona seçkilərdə İlham Əliyevi dəstəkləyən bəyanatla çıxış etməsi təklif olunub və bunun əvəzində ona azadlığa buraxılacağını deyiblər.

Hərəkat lideri deyib ki, o, tərəfdarlarının hamısının Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verməsini istəyir.

Məhkəməni ədalətsizlikdə, müstəqil olmamaqda ittiham etdiyinə görə hakim ona xəbərdarlıq edib.

Hakim müşavirədən qayıdandan sonra məhkəmənin İlqar Məmmədovun şikayətinin təmin olunmaması ilə bağlı qərarını elan edib.

Mərkəzi Seçki Komissiyası İlqar Məmmədov üçün toplanan 41 min 247 imzadan 4500-nü etirbarsız hesab edərək onu qeydiyyata almayıb.

Bundan sonra onun seçki qərargahı MSK-nın qərarından apellyasiya şikayəti verib.

İlqar Məmməd 2013 ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlarla bağlı həbs edilib.
XS
SM
MD
LG