15:23
9.10.2013
Nesimi r. 22.d. 24.menteqede tekrar sev vermeye cehd eden 2 qadin menteqe sedri terefinden uzaqlasdirilib. Video birazdan. #azvote13
— AzadliqRadiosu (@RadioAzadliq) 9.10.2013
15:14
9.10.2013
GƏNCƏNİN YARISI SƏS VERİB
Dairələrin saat 15-ə olan məlumatına görə Gəncədə olan seçicilərin 50,4 faizi səsvermədə iştirak edib. Seçici siyahısında qeydiyyata düşən 154 min 698 seçicidən 77 min 972 nəfəri məntəqlərə gələrək səsvermədə iştirak edib.
14:45
9.10.2013
14:26
9.10.2013
YAP: ŞƏMKİR VİDEOSU SAXTADIR
«Hər bir məntəqədə Yeni Azərbaycan Partiyasının müşahidəçiləri var. Müşahidəçilərimiz deyir ki, səsvermə tam normal keçirilir. Müxalifət namizədlərinin yerlərdəki müşahidəçiləri müəyyən təxribatçı hərəkətlərə cəhdlər edib. Bunların qarşısı vaxtında alınıb».
Bunu AzadlıqRadiosuna Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.
Hüseyn Paşayev deyir ki, bu cür hərəkətlərlə müxalifət müşahidəçiləri qanun pozuntularının baş verməsi təəssüratı yaratmaq istəyirlər.
YAP mətbuat xidmətinin rəhbəri Şəmkir rayonunda çəkilən video haqqında da danışıb:
«Həmin videoçarxla bağlı araşdırma aparmışıq. Həmin videoçarx oktyabrın 8-də «YouTube»də qoyulub. Bu bir daha Milli Şuranın və onun namizədinin seçkilərə münasibətinin aydın təzahürdür».