15:41
9.10.2013
SEÇKİ DAİRƏSİ «ŞƏMKİR VİDEOSU»NA MÜNASİBƏT BİLDİRDİ
98 saylı Şəmkir şəhər Seçki Dairəsinin məsləhətçisi Nizami Sadıqov 19 saylı məntəqədə seçki saxtakarlığı ilə bağlı yayılmış videogörüntüyə münasibət bildirib.
- Seçki prosesi təzə başlamışdı ki, Milli Şuranın maraqlarını təmsil edən Qurban Qurbanov videoçəkiliş aparmaq istəyirdi məntəqədə. Dairənin razılığı ilə onu məntəqədən kənarlaşdırdıq. Müşahidəçi öz müşahidələrini apara bilər, ancaq çəkiliş apara bilməz. Bunun qarşılığında o videonu yayması bir təxribat idi. Bilmirəm o videonu haradan əldə etdi, montaj idimi, nə idisə, bilmirik. Məntəqədə qanun pozuntusu olmayıb.
- Çəkilişin aparıldığı otaq 98 saylı Şəmkir şəhər Seçki Dairəsinin 19 saylı seçki məntəqəsidir?
- Bəli, olmağına həmin məntəqədir, intəhası o videonu necə əldə edib, başa düşə bilmirik. Dünəndənmi çəkilib, nə məsələdirsə, başa düşə bilmirik.
- Mühafizə olunan məntəqədə bir gün əvvəl çəkiliş aparmaq mümkün idimi? O qutuları necə əldə edə bilərdi?
- Bircə onu bilirəm ki, getdim, özüm izahat da aldım ki, orda qanun pozuntusu baş verməyib. Məntəqədən uzaqlaşdırmağımıza görə belə təxribat video yayıb.

15:33
9.10.2013
QEYDİYYAT PROBLEMİ
35 saylı Xətai 3-cü Seçki Dairəsindəki 21 saylı məntəqədə müşahidəçi olan AXCP üzvü Dilarə Babayevanın AzadlıqRadiosuna dediyinə görə, qeydiyyatda olmayan adamlar kütləvi şəkildə səs veriblər.Məntəqə sədri Sevda Məhəmmədova həmin adamların 5 ildən artıqdır həmin ərazidə yaşadığını və bu səbəbdən də onların sözügedən məntəqədə səs vermək hüquqları olduğunu deyib. Məntəqə sədri bunun saxtakarlıq kimi qələmə verilməsi ilə razı deyil.
Saat 12:35-ə olan məlumata görə, həmin məntəqədə səsvermə hüququ olan 1492 seçicidən 450 nəfəri səs verib.
15:28
9.10.2013
RAYON QEYDİYYATINDA OLANLAR BAKIDA SƏS VERİRLƏR
AzadlıqRadiosunun əməkdaşları 10 saylı Binəqədi 3-cü Dairə Seçki Komissiyasının 8 saylı məntəqəsində müşahidə aparıblar. Belə ki, valideynlərə tapşırılıb ki, hamınız gəlib səs verməlisiniz. Əməkdaşlarımızın onlarla söhbəti zamanı bəlli olub ki, müxtəlif rayonlarda qeydiyyatda olan şəxslər səsverməyə cəlb olunub. Məntəqə sədrin isə bunun imkansız olduğunu deyib. Məntəqədə olan AXCP müşahidəçisi deyir ki, ona müşahidəsinə mane olurlar. Əməkdaşlarımızın çəkiliş aparmasına əvvəlcə əngəl olunsa da, sonradan çəkilişə imkan verilib.
15:26
9.10.2013
BÜLLETENLƏRİ GÖTÜRÜB QAÇDI
«Cəlilabad rayonunda bir nəfər 10 bülleteni götürüb qaçıb. Hadisə aktlaşdırılıb, həmin adam axtarışa verilib. Zərdabda seçki məntəqəsində qanunsuz çəkiliş aparan şəxs isə narahatlıq yaradıb. Xətai rayonunda bir qadın bülleteni götürüb, qaytarmır. Bütün bunlar seçki prosesinə müdaxilədir və məqsəd prosesi pozmaqdır. Bu cür hərəkətlər təxribat xarakterli ola bilər».Bunu MSK sədri Məzahir Pənahov oktyabrın 9-da keçirdiyi mətbuat konfransında bildirib.