Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 22:17

MSK ilkin nəticələri elan etdi, İlham Əliyev qalib elan olundu

İlham Əliyevi ilk təbrik edən ölkə başçısı kim oldu, müxalifətin növbəti planları nədir? 9 oktyabr seçkilərinin tam xronologiyasını burada oxu.

18:02 9.10.2013
CƏMİL HƏSƏNLİNİN NÜMAYƏNDƏSİ POLİSƏ APARILIB
77 saylı Astara seçki dairəsinin 2 saylı məntəqə komissiyasının məşvərətçi səs hüquqlu üzvləri Asən Həşimli və oğlu Elvin Həşimli polis şöbəsinə aparılıblar. Onlar məntəqədə komissiyasında Cəmil Həsənlini təmsil ediblər.
2 saylı məntəqə seçki komissiyasının sədri İqbal Qurbanovun dediyinə görə ata və oğul səsveməyə gələnlərə kobud rəfdar edib. Onun sözlərinə görə, Elvin Həşimli seçki qutusunun möhürünü qırıb.
77 saylı dairə seçki komissiyasının katibi Gülhəsən Mirzəyev faktı təsdiq edib.
Qarşı tərəf isə bu ittihamları böhtan sayır.
Rayon polis şöbəsi ilə hələki əlaqə saxlamaq mümkün olmayıb.
17:49 9.10.2013
17:47 9.10.2013
OMBUDSMAN SEÇKİDƏN RAZILIQ EDİR...
«Mən səhər 8-dən 30 seçki məntəqəsində olmuşam, amma heç yerdə qanun pozuntusu ilə qarşılaşmamışam».

Bunu AzadlıqRadiosuna ombudsman Elmira Süleymanova deyib. Onun sözlərinə görə, Bakının 11 rayonunda yerləşən seçki məntəqələrinə və bir neçə seçki dairə komissiyasına baş çəkib:

«Yerlərdə də müşahidəçilərimiz var. Gün ərzində onlardan da məlumat almışam. Seçki pozuntusu qeydə alınmayıb».
«Müstəqil medianın qanun pozuntuları ilə bağlı məlumatları necə dəyərləndirirsiz» sualının cavabında ombudsman deyib ki, «hələ ora gəlib çıxmayıb» və «görmədiyi hallar haqqında danışa bilməz».
O, bir ombudsman kimi seçki prosesinin gedişindən razı olduğunu söylədi.
17:39 9.10.2013
BELÇİKADA YAŞAYAN AZƏRBAYCANLILAR SEÇKİ BİLDİRİŞİ ALMAYIB?
Belçikada yaşayan Mais Əli AzadlıqRadiosunun “Qaynar xətt”inə bildirib ki, Belçika səfirliyi orada yaşayan və Azərbaycan vətəndaşı olanlara seçki bildirişi göndərməyib:

“Deyirlər ki, bülletenlər gec çap olunduğuna görə, bildiriş göndərməyi çatdırmamışıq. Bizə bildiriblər ki, seçkinin yeri, vaxtı barədə bir-birinizə şifahi xəbər edin. Bu, nə dərəcədə doğrudur?”
Azərbaycanın Belçikadakı səfirliyinin ikinci katibi Anar Mədətli AzadlıqRadiosuna bunları bildirib:
“Səfirliklərdə vətəndaşlara Azərbaycanda olduğu kimi, bildiriş göndərilmir. Onlara telefonla, “Feysbuk” səhifəmiz vasitəsilə, email vasitəsilə seçkinin tarixi, saatı, ünvanı barədə məlumatlar göndərmişik. Seçki prosesi normal keçir. Komissiya təşkil olunub, sədri də neytral mövqeli bir insandır. Həm Belçikadakı, həm də Lüksenburqdakı soydaşlarımız gəlib səsvermədə iştirak edrilər”.
Anar Mədətli bildirib ki, seçici siyahısında 236 seçicinin adı var, onlardan 70 nəfəri səsvermədə iştirak edib: “Hazırda da adamlar gəlib səs verirlər, proses davam edir”.

Davamı

XS
SM
MD
LG