22:21
9.10.2013
Səslərimiz uğrunda dinc mübarizəyə başlayacağıq
Bunu AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.
Əli Kərimli bildirib ki, “hamımız bilməliyik ki, seçkilərin saxtalaşdırılmasının günahkarı İlham Əliyev və onun başçılıq etdiyi rejimdir. Minlərlə insanı bu gün şahidi olduğunuz rəzilliyə də onlar sürüklədi”.
21:16
9.10.2013
SEÇKİDƏ 3 720 643 NƏFƏR İŞTİRAK EDİB
Yekun məlumata görə, bu günkü seçkidə seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib.
Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib.
Məlumatı Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzi yayıb.
Azərbaycanda seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.a
20:51
9.10.2013
ƏLİ ƏHMƏDOV: İLHAM ƏLİYEVİN QƏLƏBƏSİ XALQIN QƏLƏBƏSİDİR
Bunu Sahil bağında keçirilən tədbirdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.
İlham Əliyevin qələbəsi ilə bağlı YAP-ın təşkil etdiyi konsert başlayıb.
Müğənnilər İlham Əliyevi vəsf edən mahnılar oxuyur.
20:35
9.10.2013
MDB MÜŞAHİDƏÇİLƏRİ RAZIDIRLAR
Azərbaycanda keçirilən prezident seçkiləri müsbət təəssüratlar yaradır.Bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycanda prezident seçkilərini müşahidə edən missiyanın rəhbəri, Müstəqil Dövlətlər Birliyinin icra katibi Sergey Lebedev bildirib.
Lebedev deyib ki, o, Bakıda və şəhərdən kənarda 13 seçki məntəqəsində olub:
«Demək istərdim ki, seçkilərə hazırlıq işləri yaxşı olmuşdur və bu da səsvermənin gedişatına müsbət təsir etmişdir. Seçki məntəqələri rahat və texniki cəhətdən yaxşı təchiz olunmuş binalarda yerləşir. Təbii ki, bunun da məntəqələrin işinə təsiri müsbət olmuşdur».