Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 16:31

MSK ilkin nəticələri elan etdi, İlham Əliyev qalib elan olundu

İlham Əliyevi ilk təbrik edən ölkə başçısı kim oldu, müxalifətin növbəti planları nədir? 9 oktyabr seçkilərinin tam xronologiyasını burada oxu.

11:00 9.10.2013
SEÇKİ PROSESİNİ YAXINDAN İZLƏMƏYƏ İMKAN VERİLMİR
33 saylı Xətai seçki dairəsinin 14 saylı məntəqəsində müşahidəçilərə seçki prosesini yaxından müşahidə etməyə imkan vermirlər.
11:03 9.10.2013
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI SEÇİCİ FƏALLIĞINI AÇIQLAYIB
MSK seçici fəallığı ilə bağlı saat 10.00-a olan məlumatı açıqlayıb.
Saat 10-a qədər seçicilərin 937 465 nəfəri səsvermədə iştirak edib. Bu, ölkə üzrə ümumi seçicilərin 18,2 faizidir.
Ən yüksək fəallıq 24,72 faizlə 116 saylı Qəbələ, ən aşağı isə 9,29 faizlə 33 saylı Xətai I Seçki Dairəsində qeydə alınıb.
11:09 9.10.2013
11:13 9.10.2013
BÜLLETENLƏRİN KƏSİLƏRƏK SEYFƏ YIĞILDIĞI DEYİLİR
AzadlıqRadiosunun əməkdaşı Tural Mustafayev Göyçaydan xəbər verir:
91 saylı Ucar SD 1 saylı məntəqəsində Milli Şuranın səlahiyyətli nümayəndəsi Fəzli Mehdiyev komissiya sədrinin otağında bülletenlərin kəsilərək seyfə yığıldığını gördüyünü deyir. Akt tərtib olunub.
Müxbirimiz komissiya rəsmiləri ilə F.Mehdiyevin mübahisəsini kamera ilə çəkib.
Həmin məntəqədə daha öncə də topa bülletenlərin qutuya atılması və karuselin təşkil olunması ilə bağlı şikayətlər var.

Davamı

XS
SM
MD
LG