11:49
9.10.2013
DAHA İKİ PREZİDENTLİYƏ NAMİZƏD SƏS VERDİ
Namizədliyini özü irəli sürmüş Zahid Oruc 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs verib.Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından irəli sürülmüş Qüdrət Həsənquliyev 16 saylı Yasamal 2-ci seçki dairəsinin 20 saylı məntəqəsində səs verib.
11:59
9.10.2013
CƏMİL HƏSƏNLİ SƏS VERDİ: "SƏSVERMƏ BİTSİN, AÇIQLAMA VERƏCƏM"
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının 6 saylı məntəqəsində səs verib.
Cəmil Həsənli jurnalistlərə deyib ki, seçkilər haqda mövqeyini seçki prosesi başa çatandan sonra bildirəcək. Cəmil Həsənli seçki qərargahının indiyə qədər qeydə alınan qanun pozuntuları haqda məlumatlar yaydığını bildirib.
12:00
9.10.2013
Mekteblileri sesvermeye getirirler, 17 yashli sesveren mekteblinin vesiqesi #azvote13 http://t.co/xm34w0p8MW
— AzadliqRadiosu (@RadioAzadliq) 9.10.2013
12:03
9.10.2013
QUSARDAN SEÇKİLƏR NECƏ KEÇİR?
Qusarda 51 saylı Seçki Dairəsinin 1, 2 , 42 və 44 saylı səsvermə məntəqələrində müşahidəçilərin əksəriyyəri YAP üzvləridir. 42 və 44 saylı səsvermə məntəqəsindəki müşahidəçilərin isə hamısı YAP-çılardır. Seçicilər səsvermədə aktiv iştirak etmirlər.
Məntəqələrdə seyrəklikdir.
Məntəqələrdə seyrəklikdir.