Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:26

Almaniya “Münhen xəzinəsi”nin ağzını açır…


Münhen xəzinəsi
Münhen xəzinəsi
-
Münhen xəzinəsinin eksponatları dünya mediasının gündəmindən düşmür.

Agence France-Presse-in xəbərinə görə, artıq alman hökuməti Münhen mənzilindən tapılan rəsm əsərlərinin fotosunu yaymağa başlayıb.

Bundan əlavə, hüquq-mühafizə orqanları “xəzinə” ilə bağlı bəzi detalları da açıblar.
Rəsmlərin 590 ədədinin nasistlər tərəfindən oğurlandığı, 380-nin “degenerativ sənət” (Hitler modernist rəssamların əsərlərinə bu damğanı vurmuşdu—S.İ.) barədə qanunun qüvvəyə minməsi səbəbindən muzeylərdən çıxarıldığı güman olunur.

Bu arada, müharibə dövründə muzeylərdən oğurlanan rəsm əsərlərini yayımlayan LostArt saytı Münhen xəzinəsindəki 25 əsərin fotosunu paylaşıb. Saytda Otto Dix-in, Otto Griebel-in və Max Liebernmann-ın əsərləri yerləşdirilib.

Noyabrın 11-də alman rəhbərliyi xəzinə ilə bağlı cinayət işinin tədqiqatını tezləşdirmək istədiklərini bildirib.

Alman rəhbərliyi tapılan rəsmlər barədə ətraflı məlumatı yaxın vaxtlarda açıqlayacaqlarına söz verib.

Hətta Almaniyanın Xarici İşlər Naziri Guido Westerwelle işin ləngiməsinin dövlətin reputasiyasına ziyan verə biləcəyini bildirib.

Rəsm əsərlərinin tədqiqi ilə bağlı xüsusi işçi qrupun yaradılacağı bildirilib. Bu qrupda, ən azı 6 sənət tarixçisi və müxtəlif nazirliklərin nümayəndələri təmsil olunacaq.
The New York Times qəzeti öz növbəsində rəsm əsərlərinin qanuni sahiblərinə qaytarılıb-qaytarılmayacağı barədə bilginin olmadığını yazıb.

Xatırladaq ki, ötən ay Münhendə yerləşən adi mənzildən az qala, əsrin ən böyük xəzinəsi aşkarlanıb.

Alman polisi Münhen xəzinəsini ötən il tapsa da, ictimaiyyətə “FOCUS”-da çıxan yazıdan sonra – bu il noyabrın 3-də məlumat verilib.

Hitler dövrünün tanınmış art dileri Hildebrandt Gurlitt-in oğlu 80 yaşlı Cornelius Gurlitt-in mənzilindən 121 çərçivəli, 1285 çərçivəsiz rəsm tapılıb.

Xəzinənin çoxu faşistlərin “pozucu sənət” saydığı əsərlərdir.

Kolleksiyada XV1-X1X əsrə aid rəsm əsərləri də var.

Yarım əsrdən çoxdur itmiş sayılan bu xəzinənin dəqiq dəyəri açıqlanmasa da, bəzi nəşrlər ona azı 1 milyard dollar qiymət qoyur.

Onun sahibi xəzinənin 1945-ci ildə müttəfiq qoşunları Drezdeni bombalayarkən məhv olduğunu deyib, amma əslində, Münhendəki mənzilində gizlədibmiş.

İndi Cornelius Gurlitt-ə qarşı satdığı əsərlərin vergisini ödəmədiyi üçün cinayət işi açılıb.
XS
SM
MD
LG