-
Britaniyanın “Economist” dərgisinin versiyasına görə, 2013-cü ilin ən yaxşı 6 nəsr əsəri (əksəriyyəti qadın yazarlardır):
Yeni Zellandiyalı yazar Eleanor Catton-un “The Luminaries” romanı.
O, bu il ingilisdilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı olan “Man Booker Prize”a layiq görülüb. Catton indiyəcən bu mükafatı udan ən gənc yazardır. Romandakı hadisələr 19-cu əsrdə baş verir. 1866-cı ildə Walter Moody adlı şəxs Britaniyanın müstəmləkəsi olan Yeni Zellandiyaya yollanır ki, qızıl tapıb varlansın. Burada bir sıra mistik cinayətlərin şahidi olur. Roman insanların varlanmaq ehtirasından bəhs edir.
İngilis yazıçısı Kate Atkinson-un “Life after life” romanı mürəkkəb quruluşa malikdir və əvvəl-əvvəl oxucunu çaşdırır. Əsərin qəhrəmanı olan Ursula Todd davamlı şəkildə ölür. Əvvəlcə 1910-cu ildə. Körpəykən. Sonrakı bölümlərdə o, uşaq vaxtı suda boğulub ölür, damdan yıxılıb ölür. Daha sonra intihar edir, qətlə yetirilir, 2-ci Dünya Müharibəsi zamanı Londonun bombardman edilməsi zamanı ölür, Hitlerə sui-qəsd edir…
Bu nədir? Oxucunu dolamaq? Ya bəlkə təhkiyəçinin qüdrətini nümayiş etdirmək? Bəlkə məqsəd insanları öz həyatlarının müxtəlif dövrlərini analiz etməyə, ömürlərinin həlledici anlarında başqa nə cür hərəkət edə biləcəkləri haqda düşünməyə sövq etməkdir? Hər halda bütün bu alternativ reallıqlara baxmayaraq, oxucu əsərin nəylə bitəcəyini bilmək üçün onu oxumaqda davam edir…
Əslən Afrikadan olan Britaniya-Amerika yazıçısı Taiye Selasi-nin “Ghana Must Go” romanı.
Bu bir ailə hekayətidir. Afrika əsilli cərrah Kweku Sai böyük ədalətsizliyin qurbanı olub Amerikadakı işini itirir. Bundan sonra ailəsini atıb doğulduğu Qanaya qayıdır. Kitab onun Accra-dakı evində ölməsi ilə başlanır. Onun ölüm xəbəri dünyanın müxtəlıif yerlərinə səpələnmiş, bir-biriylə əlaqəsini itirmiş ailə üzvlərinə çatdırılır.
Bu xəbər onları uzun illərdən sonra bir araya gətirir…
Roman Afrika əsilli ailələrin uğur və səhv dolu yaşamı, onların həyatda uğur qazanmasının nələrin hesabına başa gəlməsi haqqındadır.
Amerika yazıçısı Donna Tartt-ın “The Goldfinch” romanı.
Romanın baş qəhrəmanı Nyu-Yorkda yaşayan yeniyetmə oğlandlr. Qəzada anasını itirsə də, Theo Decker-in özü sağ qalır. Küçələrdə, dostlarının evində gecələyə-gecələyə yaşamağa başlayır ki, polis onu uşaq evinə verməsin. Onun ruhuna qida verənsə, anasına bənzəyən bir qadın rəsmidir. Bir müddət sonra bu rəsm onu sənət aləminə çəkir.
Bu roman müasir Amerika həyatının içindən gəlir, itki, qurtuluş, özünü yenidən kəşf etmə və incəsənətin böyük gücü haqdadır.
Amerika yazıçısı Derek Miller-in “Norwegian by Night” romanı trillerdir, amma çox ciddi mövzuda yazılıb.
82 yaşlı yəhudi Sheldon Horowitz demensiya xəstəliyindən əziyyət çəkir, Nyu-Yorku tərk edib Norveçə - nəvəsinin ailəsi ilə yaşamağa gedir. O vaxtilə Koreya müharibəsində snayper olub, oğlunu isə Vyetnam müharibəsində itirib.
Bir tərəfdən, oğlunu müharibəyə göndərdiyi üçün özünü günahkar sayır, o biri tərəfdənsə, müharibədə etdiklərinə görə, koreyalıların hələ də onu izlədiyini düşünür.
Norveçdə Horowitz qonşuluqda bir cinayətin şahidi olur, bir oğlan uşağını ölümdən xilas edir və ikisi bir yerdə onları izləyən alban hərbi canidən qaçmağa başlayırlar…
Amerika yazıçısı Adelle Waldman-ın “The Love Affairs of Nathaniel P.” romanı müasir kişinin psixologiyası haqdadır. Nate Piven yazardır və heç də köhnə dövrün kişiləri kimi qadına yuxarıdan aşağı baxmır, o, Amerikada feminizmin təntənəsindən sonra dünyaya gəlib. Amma buna baxmayaraq yenə də cəmiyyətdə kişinin statusu ilə bağlı önyarğıları var, münasibət qurduğu qadınların arzularını puç edir…
oxuzali.az