Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:02

Evli qızın ayağısürüşkənliyi, yoxsa...


Rəhim Əliyev
Rəhim Əliyev
-

Rəhim Əliyev


EVLİ QIZ

(hekayə)

Qabaqlar rastlaşardılar hərdən: ikisi də şəhərin yuxarısına gedən dikdirdə yaşırdı.

Bu qız Seyidin iki il əvvəl xaricə gedən uşaqlıq dostuna oxşurdu: onun kimi xanım-xatın yerişi, ətli və sümüklü baldırları vardı. Onun kimi üzünün dərisi də ağnan buğdayı arasındaydı, ayırd eləmək olmurdu.

Seyid qıznan küçədə tanış oldu. Onda Seyidin çətin vaxtları idi: Tana ailəsi ilə xaricə köçmüşdü, amma Seyidin yaddaşının bir parçası kimi onun içində yaşırdı. Ona oxşar, üzündə çilləri bilinən bir qız tapmaq istirdi özünə. Hələ bilmirdi: onlar bir-birinə əvəz ola bilmir.

Baharın axırları idi. Nərmin sarı güllü, qısaqol koftada, qəhvəyi yubkada idi. İşdən evə gedirdi. Göbəyəcən zərif çiyinli, balaca məməli qız idi. Amma beldən aşağı ətli və girdə yanları vardı. Tananınkindən çox iri idi. Üzünün ifadəsi laqeyd və bir az bədbin idi. Seyid bilirdi: kişi xoşuna gələndə qadın üçün onun nə bəhanəynən yanaşdığının fərqi yoxdu.

–Salam, sizdən bir şey soruşmaq olar?– Seyidin arxadan ona yanaşmağı Nərminı bir az diksindirdi.

Diqqətnən Seyidi süzdü, amma cavab vermədi. Onda Seyid sualını verdi, bir küçəni soruşdu. Qiz gülümsündü:

–Siz buraları məndən yaxşı tanırsız, –dedi və ürəknən onun üzünə baxdı, – buralarda olansız axı...

–Həri, burda olanam,– dedi Seyid, annadı ki, qız onu tanıyır, ona göz qoymağın sezib– düzü, xoşuma gəlirsiz, xeyli vaxtdı görürəm sizi... Amma yaxınlaşmırdım, fikirəşirdim yaraşmaz bu yaşda küçədə tanış olmaq. Amma bu gün o qədər gözəl yeriyirdiz ki, özümü saxlaya bilmədim...

–Adi qızam da, nə var məndə...

–Yox, adi döyülsüz, özünüz də bilirsiz,– Seyid anladı: qız yuxarı məhhəllələrdəndi, buranın arvadlarına söz çatdırmaq mümkün deyil, ağızları açıldı dayanmırlar. Qızın bu məhlələrdən olub-olmadığın soruşdu.

–Yox, atam irannıdı,– qız özünü bu məhəllələrə bağlamaq istəmirdi,– özüm də Bərdədə doğulmuşam. Amma atamın anası buralıdı, anam bərdəlidi –dedi – Atam opra işləməyə gedib, həkimdi atam. Evimiz Sovetskidəydi, indikini sonra veriblər atama, müharibə əlilidi...

Danışdıqca qızın üzündəki yorğun ifadə getdi. Onun gilası gözləri qəhvəyi idi, gülümsünəndə işıqlı və gözəl olurdu, həvəsnən dolurdu. Seyid ürəyində heyran qaldı: belə yaraşıqlı qız necə evdə qalıb qırx yaşa çata bilər, qəribə idi. Ayrılanda dedi:

–Mən on beş dəqiqədən çox gecikə bilmərəm, evdə atamnan anam gözlür məni, narahat olurlar.– Sonra izah elədi ki, atası artıq pensiyadadı, anası isə heç vaxt işləməyib.

İkinci görüşdə evlərinə yaxınlaşanda onlar qonşu küçəyə döndülər:

–Qonşular görər məni, gəl bura dönək...–dedi qız, bir necə addım sonra isə əlavə elədi,– mənim bir problemi var, istirəm siznən də məsləhətləşim.
Atası dövlətdən aldığı üç otaqlı evi dəyişib iki göz bir, bir göz ayrı iki mənzil edib. Bir otağı Nərminın evli qardaşına verib. Bacısı da ərdədi. İki otağı isə hələ ərə getməmiş Nərminə verib. Amma o çox narahat idi bu iki otaq üçün.

–Qardaşım gələcəkdə bu otaqları məndən ala bilər?– qızın gözlərində həyəcan yarandı bu sualı verəndə, qardaşının uğursuz ailə həyatından danışdı.
Seyid hüquq bilən deyildi, amma sağlam düşüncəsi vardı. İzah elədi ki, qardaşı ata evindən pay alıb. İkinci dəfə ala bilməz. Amma Nərmin məntiq-zad qəbul eləmirdi, evi itirmək qorxusu onun yaddaşını zədələmişdi. Evin sahibi, onun atası və anası da sağ idi, onlar ölənəcən çox şeylər ola bilərdi. Amma Seyid qızın qəribəliyinə baş qoşmadı, bir-iki sakitləşdirici söz dedi. Ayrılanda Nərmindan telefon istədi. Qız ev telefonunu arxayın verdi ona. Əlavə elədi:

–Evdə telefonu mən götürürəm,– danışa bilməyəndə bildirəcəm. Amma lap vacib olanda zəng vur...

Seyid emalatxananın telefonunu qıza verib ayrıldı. Amma ev söhbəti xeyli yadında qaldı. Sonraki görüşdə Nərmin ona bütün həyatını danışdı. Açıq bildirdi ki, Seyid xoşuna gəlir. Tumbuckasına görə kişilər ona göz verir, işıq vermir. (Tumbucka deyəndə Nərmin bir aş ironiya ilə öz şişkin yanlarını nəzərdə tuturdu.) Amma qapılarına gələn olmayıb. Uzun etiraf Seyidə çox da səmimi görünmədi, belə qızı istiyən olmayıb? Ağlabatan deyildi bu. Yarızarafat dedi qıza:

–Gəl səni kəbinə aparım...– onun belə yaraşıqlı sevgilisi olmamışdı.

–Yox, olmaz elə,– dedi Nərmin,– gedərəm kəbinə sənnən, amma əvvəl sən məni gərək ata-anadan istəyəsən...

–Yaxşı fikirləşərəm, – dedi Seyid və ürəyində peşman oldu kəbin söhbəti açmağına.

Sonrakı görüşdə Nərmin maraqnan Seyidin emalatxanasına gəldi, amma beş dəqiqə oturub qalxdı, dedi:

–Gedim, evdə nigaran qalarlar, götürüb işə zəng elərlər...

Nərmin sağollaşmağı da unudub tələsik getdi. Seyidin emalatxanası onun xoşuna gəlmədi, ya da ağlına nəsə girdi. Amma bu hərəkət Seyidin qıza marağını söndürdü. İki ilə yaxın təsadüfdən təsadüfə görüşdülər. Amma Seyid öyrəndi ki, Nərmin hərdən emalatxanadan aralı yaşayan bir rəfiqəsi gilə gəlir. Bu, tək yaşayan, bir məktəbli oğul böyüdən macəraçı bir qadın idi, qonşular onu xoşlamırdılar. Amma Seyid buna da fikir vermədi. Qoy maraqlansın.
Bir gün yenə təsadüfən küçədə yolu keçəndə rastlaşdılar. Seyid qıza salam verdi, o isə kişinin üzünə baxmadan dedi:

–Nişannım görür məni, mənə yaxınlaşma,–yolun əks tərəfinə keçdi.

Seyid bir az pərt kimi oldu özlüyündə. Onun salamdan başqa niyyəti yox idi. Qız yaman qabaqdangəlmişlik elədi. Kişi acığından dönüb onun dalınca da baxmadı.

Aradan genə iki bahar keçdi. Seyid bir az kefli olduğu gündə küçədə Nərminin qonşuluqdakı rəfiqəsini gördü. Dili dinc durmadı, salam verib Nərminı soruşdu. Qonşu qadın rişxəndnən dedi ki, onlar bir sinifdə oxuyublar, amma Nərmin çoxdandı gəlmir. Axırıncı dəfə əri ilə onlara gəlibmiş. Bu söhbət Seyidin yadından çıxdı.

Bir gün günortadan keçmiş Seyid iki dostu ilə çörək yeyirdi. Nərmin emalatxananın kandarında göründü: təklif gözləmədən boş otağa keçdi. Qonaqlara məhəl qoymadan dedi:

–Seyid müəllim, siznən beş dəqiqə söhbətim var...

Qızın səsində tələsiklik, həyacan vardı, Seyidə elə gəldi ki, onunla neyçünsə dalaşmağa gəlib. Qalxıb qızın dalınca o biri otağa keçdi. Onun əynində qəhvəyi dəri gödəkçə vardı, kül rəngli şalvarda idi, boynuna güllü yaylıq bağlamışdı. Xinalı saçı dağınıq, üzü həyacanlı, əsəbi idi, gözləri böyüyüb hədəqələrindən çıxırdı.

–Xoş gəlmisən, həmişə sən gələsən gözəl Nərmin!– Seyid onun gəlişinə sevinirdi.

–Qonaqları yola sal, sənə sözüm var,– qız elə dediyini deyirdi.

Seyid mat qalmışdı. Nərminın bu emalatxanaya son gəlişindən azı dörd il keçmişdi, bu qızı da baş tutmamış macara sayırdı çoxdan. İndi isə gəlib hökmnən tələb edirdi ki, qonaqları qovsun, sonra kişinin qızı ona söz deyəcəkdi. Amma başqa çarəsi yox idi. Qonaqların yanına qayıdıb gülə-gülə dedi onlara:

–Əmiqızının sözü var mənə, təklikdə demək istir, bir az parkda gəzin, sonra davam elərik...

Qonaqlar təbəsümnən Seyidə və bir-birinə baxıb qalxdılar. Onlar çıxan kimi Nərminın səsi gəldi.

–Qapını bağla, gələn olmasın...

Seyid qapının kilidləyib otağa girdi. Nərmin gödəkçəsini soyunub oturmuşdu divanda. Ətli, corablı dizlərini bir-birinə sıxmışdı. Arada sükut yarandı, Seyid nəsə demək xətirinə söhbətə özü başladı:

–İşdən gəlirsən?– soruşdu, ara verib davam elədi,–danış görək nə var, nə yox, ailə həyatın necədi?

Sevə balaca başını buladı, bilmirdi nədən başlasın, kişinin üzünə baxmadan:
–Mənim baxtım yoxdu,–Nərmin yenə başını buladı, soyuq-soyuq Seyidə baxdı,– uşaqsız nə ailə. Allah məni istəmir...

–Elə demə, Allaha naxoş gedər, sən hələ uşaqsan,– Seyid ürək-dirək verdi qıza, ürəyində düşündü ki, yəqin ərinin uşağı olmur– uşaq da olar, qaça-qaç deyil ki...

–İki həftədi İrandan gəlmişik, həkimə getmişdik...

–Nə dedi həkimlər, hansınızın olmur uşağı?

Nərmin uzaqdan başladı, suala cavab vermədi. Ərinin İranda qohumları varmış. Qonaq gediblər. Qız ərinin xəsisliyindən şikayətləndi, qızı məcbur edib ki, oradakı xərclərin yarısını özü ödəsin. Qızın sözləri Seyidi çəkmirdi, o, içində qaynayan sualın cavabını gözlürdü ondan. Qız isə mətləbə keçə bilmirdi. Hansının olmur uşağı? Bu suala heç yaxınlaşmırdı. Seyid soruşdu:

–Yaxşı, həkim nə dedi sizə, bu qədər yol getmisiz...

–Dedi ki, yoldaşımda bir az zəiflik var...

–Vaar, olsun də, mən də yoldaşcasına kömək eləyə bilərəm. Uşağın da sağlam bir arxitektor olar, istedadlı olar...

Nərmin susdu, kişinin dediklərin əməlli kəsdirə bilmirdi, sonra şübhə ilə Seyidin üzünə baxıb xahiş ifadəli səsnən dedi:

–Olar bu gün eləyək?

–Nəyi?– Seyid qızın xahişini başa düşmədi, düşünmədən sual verdi.

Nərmin susdu, üzü bir az pörtdü, sonra yad səsnən dedi:

–Yoldaşımda zəiflik var, sənnən yoxlayaq...

– Yoxlarıq,– Seyid gülümsündü, axır ki, qızı başa düşdü, amma əlavə eləməyə söz tapmadı.

–Mən bu gün istirəm, bu gün. Evdə demişəm həkimə gedəcəm... Sonra vaxt olmaz...

Seyid key kimi oldu bir an bu dönüşdən. Belə şey gözləmirdi. Özünə gələndə qızın əlindən tutub ikiyerlik divan olan istirahət otağına apardı. Balaca, yarıqaranlıq otaq idi. Düz qızın gözünün içinə gülümsünüb dedi:

–Soyun gir adyalın altına...– qızın əlini buraxıb qayıtdı yarımcıq yemək stoluna.
Şüşənin dibində qalmış arağı qalın badəyə boşaldıb başına çəkdi. Üstündən limonad içdi, bir –iki qırıq pendir atdı ağzına. Qayıtdı divan olan otağa. Nərmin adyalın altında idi, amma daha Seyidə yox, divara baxırdi, üzündə bir az pərt ifadə vardı. Seyid onun soyunduğu paltarlara baxdı. Kətilin ustünə qalanmışdı. O qadınların alt paltarlarını görməyi xoşlamırdı, bir az ürəyi qalxdı belə şeydən. Amma özünü o yola qoymadı, dinməzcə soyunub qızın yanına girdi. Hiss elədi ki, kefi pozuldu, həvəsdən düşdü. Bir az sonra özünü yığışdırmalı oldu, fukirləşdi ki, qız şokdadı. Onu çox arzuladığı ilk tanışlıq vaxtın yada salan kimi özü də bilmədən dedi:

–Sənin fiquran Afroditaya oxşayır, bilirsən?– qıza sarı çönüb yaraşıqlı çiynindən öpdü.

Həmin gün Nərmin yataqda çox müti idi. Seyid onun daş kimi bərk bədəninin yaraşığına heyran qaldı. Fikirləşdi ki, belə bədənnən vaxtında ərə getsəydi beş-altı uşaq qoğardı. Heç bir kişi bu bədənnən doymazdı. Amma dünyada bizim bilmədiyimiz nə qədər işlər var imiş. Gedəndə Nərmin ona dedi:
–Çox xahiş eləyirəm, bir adama deyib eləmə, Könülə-zada deyərsən birdən. Mən bir də heç vaxt gəlməyəcəm, bir iş idi oldu...– Könül onun qonşuda qalan sinif yoldaşının adı idi.

Seyid isə zəiflik söhbətiynən bağlı açıqlama gözləyirdi. Nərmin bu barədə daha demədi. Qızın rəngi açılmışdı, gözləri işıqlanıb qəşəng olmuşdu. Amma özü belə şeylərin hayında deyildi. Heç əməlli sağollaşmadan tələsik saata baxıb getdi. Tələsirdi. Bir az da pərt idi. Kişinin üzünə baxmırdı. Seyid onun arxasınca baxdı, yekə yanları qalxıb düşürdü, adamı həyacanlandırırdı. Amma bu yanları yataqda duymadı, dadın hiss eləmədi. Qəribə idi bu. Sonra siqaret yandırıb bu qəribə gəlişin detallarını yadına salmağa çalışdı. Fikirləşdi ki, Nərmin, şübhəsiz, ondan uşağa qalmaq ümidi ilə gəlib.

Üç həftə sonra Nərmin saat dördə yaxın zəng vurdu. Onun iş yeri emalatxanaya yaxın idi, iş vaxtı da dörddə qurtarırdı.

–Salam, nasılsan,–qız zarafatnan başladı, – kim var oralarda, təksən?
–Təkəm, narahat olma, hər gün zəngini gözlürdüm...–Seyid qıza kömək elədi, o emalatxanaya səlmək istirdi, – gəl ...

–On beş dəqiqə işləmiş çataram, –dedi və dəstəyi qoydu.

Seyidin hesabına görə Nərmin yenə gəlməli idi, amma özünü çox da ümuddi eləmirdi. Seyid qız gəlincə süfrə düzəltdi. Nərmin ac idi. Yeməyi də xoşlurdu. Amma araq içmək istəmirdi. Seyid onun da payını içdi. Ordan-burdan danışırdılar. Yemək qurtaranda sözləri də qurtardı. Seyid dedi qıza:

–Get soyun, gəlirəm,–özünə araq süzdü.

Yataqda Nərmin qəribə sözlər dedi:

–Dünən test elədim, qalmamışam uşağa...–qızın səsi xəyallı oldu birdən.
Seyidi isə gülmək tutdu. Bu, iki daşın arasında olan iş deyildi axı. Amma qızın xətrinə dəymək olmazdı.

–Qabaqda aprel-may gəlir. Uşağa qalmaq üçün əsil təbii vaxtdı,heyvannar da o vaxt qalır – dedi qıza.

Söhbət deyəsən univrsitet qurtarmış Nərminın ağlına batdı. O həftədə bir-iki dəfə gəlməyə başladı. Amma qızın yataqda davranışı get-gedə Seyidi əsəbləşdirirdi. Onun yataq mütiliyi yox olurdu. Onlar açılışdıqca bu əsəbilik də artırdı. Seyid görürdü ki, onunla yataqda qız əslində onu hiss eləmirdi, özü öz döşlərindən yapışıb özünü hallandırır, Seyidə məhəl qoymadan təkidnən tələsik yırğaya can atırdı. Seyid cavab verməyəndə əsəbləşir, bir necə saniyəyə soyuq və istəksiz olurdu. Seyid onu çox başa salmağa çalışırdı ki, tələsmək lazım deyil. Amma faydası yox idi. Bir necə dəfə qız inciyib yataqdan qalxıb geyinir, deyinə-deyinə çıxıb gedirdi. Amma beş-on gün sonra yenə gəlirdi. Axır ki, Seyid başa düşdü: belə davranış Nərminın qızlıq vərdişləri, uşaqlığın qalıqları idi. Onun bədəni Seyiddən yox, öz əllərindən daha tez hallanırdı. Bu pis olsa da, qızın iyirmi ildən çox təklik həyatının vərdişi idi, canına hopmuşdu.

Seyidin izahatlarından sonra Nərmin deyəsən öz qusurunu bir az hiss elədi, yataqda ona dedi ki, ərində zəiflik var. Onun içinə girə bilmir, təşəbbüs eləyən kimi əbəs yerə yer-döşəyi bulayır. Bu kişilikdən məhrumluq, impotensiya əlaməti idi. Seyidin qıza ürəyi yandı:

–Niyə indiyəcən boşanmamısan?

Qızın gözündə yaş giləsi göründü. Sonra toyundan danışdı:

–Toydan sonra kirayə evə getdik. Məndən dörd yaş kiçikdi. Bir həftə heç nə eləyə bilmədi. Anama dedim. Dedi atana de. Telefonda atama dedim heç nə yoxdu. Atam dedi qov çıxsın getsin... Toydan bir həftə keçmişdi...

–Atan həkimdi. Başa düşür hər şeyi.

–Mənə dedi ki, müvəqqətidi, axı birinci arvadınnan iki uşağı var... Dedim düzələr sonra. Heç nə düzəlmədi. İranda həkim mənə dedi ki, sən qız uşağısan, hardan hamılə olassam. Pərdəni deşdi...

–Nəynən deşdi?– Seyid tez soruşdu.

–Neynən deşəcək, dəmirnən... Amma sən açdın məni... o bu beş ildə bir dəfə içimə girə bilməyib...

Nərmin dəmir dedi, yəqin cərrah alətlərindən birini nəzərdə tuturdu. Seyid dəhşətə gəldi, axı ona elə gəlirdi ki, Nərminı görür, tanır onu. Amma heç nə qanmırmış. Qız uşağı ilə yırğa eləyib, amma xəbəri olmayıb. İndi Nərmin bu xəstə kişiynən beş ilə yaxın idi atasının evində yaşayırdı. Zahirən ötkəm, məğrur bir gözəl qız niyə bu vəziyyətlə barışırdı. Soruşanda Nərmin mistik sözlər deyirdi:

–Papaq deyiləm ki, başdan-başa qoyulam... Mən o evə daha başqa kişi gətirə bilmərəm...

Seyid sonralar anladı ki, qızda atasından heyvani qorxu var. O evə ikinci kişi kəlməsinə qazı olmaz. Aydın iydi: onun əri xəstədi, onların uşaqları olmur. Ona görə ərinin guya birinci arvaddan iki uşağının olmağı qızı aldatmaq üçün düzəldilmiş yalan idi. Amma Nərmin bütün bu həqiqətləri yaxına qoymurdu. Elə bil onun gözləri bağlanmışdı.

Aprel-may ayları keçdi. Nərmin hər gələndə uşağa qalmaqla bağlı testlərin mənfi nəticələri barədə xəbərlər verirdi. Onlar imkanca çalışırdılar. Amma nəticə yox idi. Seyid öyrəndi ki, hər ay Nərminin maaşını əlindən alır. Hərdən ona pul verməyə başladı. Amma tez də peşman oldu. Yataqda qız puldan başqa heç nə barədə danışmırdı, bu, Seyidi bezdirirdi, həvəsdən salırdı, susmaq bilmirdi. Hərdən dalaşırdılar, amma xeyri yox idi, pul qızın zəif yeri idi, bəlkə də ona atasından keçmişdi. Seyid onu məcbur etdi ki, maaşını ərinə verməsin.

Əri orta təhsilli qaz ustası idi. Qızı uşaq kimi idarə edirdi. Nərmin onun xəsisliyindən şikayətlənirdi. İrana ikinci səfərdən əvvəl Seyid qıza çox izah elədi ki, artlq xərc tökməyə ehtiyac yoxdur, onun uşağı olmayacaq. Aybaşıları dərmanla bərpa etmək mənasız iş idi, kişi xeyli danışdı, amma qız möcüzə gözlürdü, qəribə idi bu. Amma payızda təzədən getdilər. Qayıdanda məlum oldu ki, artıq Nərminı süni mayalanma ilə hamilə etmək umudu da itib. Amma həkim bunu qıza açıq deməmişdi.

Baharda bir də İrana getdilər. Həkim bu dəfə ona açıq dedi ki, uçaqlığı düzəlmir, onun divarları süni mayalanma üçün yaramır. Uşaq ümidi itəndən sonra evdə gərginlik yarandı. Əriynən aralarında pərdə çoxdan götürülmüşdü, amma səsləri çıxmırdı. Əri Nərminın atasından qorxurdu, səksən dörd yaşı olsa da, hökmünü saxlamışdı. Qoca onun eyibini bilir, açıq nifrət edirdi ona. Amma kürəkən dözümlü idi, birinci arvadın evində də başı sərkili yaşamışdı. Dözürdü, çünki dost-tanış arasında evli kişi sayılırdı. Qonaqlıqlara, toylara gedirdilər.
Qüdrət bir müddət Keşlədə iki uşağı olan bir qadınla yaşamışdı. Hardasa xadimə işləyən qadın ona dözürdü, çünki evə kömək edirdi. Bu qadınnan da aralarında pərdə yox idi, xəstəliyi daim başına sərki, təhqir yeri idi. Onda mədənlərin ərazisində özünə balaca həyət düzəltməyə başladı. Arvad xəbər tutanda onu evdən qovdu, çünki axır vaxtlar özünü qonaq kimi aparır, evə heç nə almırdı.

Balaca həyət qaydaya düşəndə iki il orda yaşadı. Sonra anası ilə üç uşaqnan ərdən qayıtmış bacısı onu Nərminin evinə ötürdülər. Birinci qadının iki uşağını da onunki kimi qələmə verdilər. Bacısı onun gecəqondusuna köçdü üç uşaqnan, orda təmir apardı. Onun həyəti bacısına keçdi , qaldı yenə havada. Nərmin qəzəblənəndə onu evdən qovmaqla hədələyirdi. Onda Qüdrət fağırlaşır, axşam əlidolu gəlirdi. Nərmin isə yeməyi sevirdi.

Arada Nərminin atasının səhhəti pisləşdi. O, atası üçün hər gün təzə həkimlər və dərmanlar tapır, həftədə iki dəfə kardioqrama çıxartdırırdı. Bunları Seyidə danışanda o mat qalırdı: əvvəlki söhbətlərindən bilirdi ki, qız atasına nifrət edir, onu öz uğursuz taleyinin səbəbkarı sayır. Qudrəti qovmamağının səbbi də atası idi. İkinci dəfə ərə getməsinə razı olmazdı. Onların evlərində söz sahibi atası idi, anası qoca vaxtlarında da ondan qorxurdu. Amma indi qız atasına qarşı qəribə bir fədakarlıq göstərirdi. Bəlkə də onun ölümündən sonra özü üçün qorxurdu, Qüdrətdən, evdə gözü olan qardaşından, ərdə olan bacısından da qorxurdu. Evi ondan almazlar? Amma qızın əziyyətlərindən fayda olmadı. Üç ayda kişi zəifləyib öldü. Qüdrətnən anası əl-ayağa düşüb məclisi yola verdilər.

Amma atası üç ayda evi Nərminə bağışladı və bu işi sənədləşdirdi: indi qardaşı və bacıları atalarının ev payına iddia edə bilməzdilər. Ölümünə bir həftə qalmış kişi qızı yanına çağırıb dedi:

–O oğraşı qov getsin, yaxçı adam döyür o... İçi doludu kin-küdurətnən. – Amma Nərmin bu vəsiyyəti də ciddi qəbul eləmədi.

Seyid isə bunu eşidəndə qocaya rəhmət oxudu. O bir həkim kimi bilirdi ki, Qüdrətin xəstəliyinin psixoloji tərəfi də var, imkan olan kimi üzə çıxacaq: qəddarlıq, intiqamçılıq, xəbislik şəklində. Seyid Qüdrətin qovulmasında çox təkid edəndə Nərmin sorurdu:

–Qovum sonra neyniyim? Tək qalım?

Seyid bilirdi ki, bu sözləri Nərmin ona görə deyir ki, Seyid ümidverən bir cavab versin qıza, amma vermirdi. Zarafata salıb deyirdi ki, özü onunçün ər tapacaq.
Kişi öləndən sonra kürəkən özünü evin böyüyü kimi aparmağa başladı. Nərminə isə evin kimə qalacağı sualı rahatlıq vermirdi. Axırda belə qərara gəldi ki, gedib bir uşaq götürsün, ev də ona qalsın. Seyid bunu eşidəndə Nərminə divan tutdu: ona dedi ki, aldığı 130 manat maaşla uşaq böyüdə bilməz. Bir də o işləyirdi, anası qoca idi, uşağa kim baxacaqdı? Amma fikir qızın başına girmişdi, hətta Qüdrəti də razı salmışdı. Amma Nərmin idarələrə gedib sənədlər yığanda Qüdrət Urusyetə getdi.

Səbəbini isə başa saldı Nərminə Seyidin hüquqçu dostu. Qüdrət götürülən uşağın atası kimi yazılsaydı, ayrılanda uşağa aliment verməli idi. Bunu Qüdrətə başa salmışdılar. O isə heç kəsin uşağına aliment vermək istəmirdi. Amma Nərmin bunu da qəbul etmirdi.

Qüdrət iki il tamam olmamış Urusyetdən qayıtdı. Nərmin isə yenə onu qəbul elədi. Özü də bilmədi necə oldu: qapıda əlində yükü yazıq-yazıq baxdı ona, bilinirdi ki, umudsuz gəlib, dönüb getməyə hazırdı. Amma Nərmin fikirləşmədi, elə bil ürəyi yandı ona. ”Gəl” deyib buraxdı evə, əvvəl heç üzünə də baxa bilmirdi, səbəbini də anlamırdı. Amma ürəyində çox götür-qoy eləmişdi əvvəllər, qəti fikri də qovmaq idi. Deməyə sözlər də hazırlamışdı, anasına da bu barədə demişdi. Qüdrət anasına salam verəndə arvad qaş-qabağını töküb onun üzünə baxmadı. Amma susdu, nə hə, nə yox demədi. Qızına heyfi gəlirdi.
Seyid onu çox danladı, amma xeyri olmadı. Uşaq götürmək planı isə yaddan çıxıb getdi. Seyidnən də az görüşürdülər. Zəng vurub gəlirdi həvəsnən, amma yataqda soyuq olurdu, elə hey puldan, ehtiyacdan danışırdı. Seyid isə bunu xoşlamırdı yataqda. Uydurma bəhanələrlə həkimlərə gedirdi. Köpük-quruşunu verirdi onlara. O gedəndən sonra Seyid məyus olurdu, içində ağrıya oxşar bir peşmançılıq yaranırdı, çünki bunlar yırğa deyildi, nəsə alayı bir şey idi.
Amma Nərmin zəng vururdu təkidnən. Sonradan Seyid duyurdu ki, qız Qüdrətnən dalaşanda zəng vurur, çünki himayə gərək olur içinə. Qız Qüdrəti qovmaq istirdi, amma qəti hərəkət edə bilmirdi. Bu işdə deyəsən Qüdrət özü ona kömək elədi: get-gedə onun xəstəliyinin eyibləri açılırdı. Nərminin atasının yoxluğu da buna kömək edirdi. Qıza hətta əl qaldırır və onu öldürməklə, evi yandırmaqla hədələyirdi. Evə heç nə almırdı, əvəllər aldıqların da bir-bir satırdı. Xəsisliyi xəstə bir şeyə çevrilmişdi. Ancaq Nərminin aldığı ərzaqdan yeyir, evə heç nə gətirmirdi. Axırda qızın ürəyindəki rəhm Qüdrətdən qorxuya çevrildi. Bu qorxu da Nərminə qəti addım atmağa güc verdi.

Qız gedib məhkəməyə arizə yazdı. Amma Qüdrət məhkəməyə gəlmirdi, evdə qala-qala Nərminə təzyiqi artırırdı. Hədiyyə gətirdiyi və sonra aldığı qızılları istirdi. Seyid onu başa salmışdı ki, qızıllar hədiyyədir, heç məhkəmə də ala bilməz ondan. Qalan nə almışdısa, Qüdrət aparıb satırdı. Köhnə avadanlıq satmaqda xüsusi bacarığı vardı.

Üçüncü məhkəməyə də gəlmədi. Amma Nərmin Seyidin hüquqçu dostunun öyrətdiyi iki cümləni dedi məhkəmədə:

–Yoldaş hakim, mən evimdə qorxudan yaşaya bilmirəm, evi yandırmaq istir, məni hədələyir hər gün, mənə kömək edin...– dedi Nərmin.

Qadın hakimin üzü tutuldu, Nərminə diqqətnən baxdı və boşadı onları.
Qüdrət isə ancaq möhürlü məhkəmə hökmünü oxuyandan sonra getdi evdən. Şeylərini yığıb qapının ağzına qoymuşdu. Seyidnən bunu qeyd elədilər, Nərminin əlli bir yaşı vardı, görkəmi də uzaqdan gəl-gəl deyirdi kişilərə. İndi onunçün özünə gün ağlamaq umudu yaranırdı. Bunlar Seyidin fikirləri idi.
Bir necə həftə sonra Seyid darıxanda yenə görüşdülər. Nərmin danışırdı ki, işdəki ali təhsilli qadınlar öz pul kartlarını staj üçün direktora verib evlərdə uşaqlara baxmağa gedirlər. Bunun puluynan dolanmaq olur ayda. Axırda Nərmin qəribə sözlər dedi:

–Mən heç vaxt evdə işləməyə getmərəm, amma bir balaca kafe olsaydı, aşpaz işlərdim orda,– dedi.

İki ay sonra Nərmin Seyidin hüquqçu dostunun tapdığı balaca kafedə işə getdi. O, pul saymağı, ərzağa qənaət etməyi xoşlayırdı, bunları Seyid necə ildə müşahidə eləmişdi. Arada hüquqçu Seyidə Nərminin təzə işindən xəbər gətirirdi. Bir dəfə dedi ki, Nərmin bufetçinin oğurluğunu hesablama yolu ilə sübut edib müdirə, müdir də bufetçini qovub. Seyid gülümsündü. Nərmin tutduğun buraxan deyildi.

Üç-dörd ay sonra isə hüquqçu dedi Seyidə:

–Seyid, təzə xəbər. Nərmin müdirnən kəbinə gedib...

Seyid bilmədi əvvəlcə sevinsin, yoxsa heyrət eləsin. Amma içində götür-qoy eləyib razı qaldı xəbərdən. Nərmin acansa tək qalmaqda yaman qorxurdu həmişə. Kafe də balaca ailədi, darıxmaz, qoy başını qatsın,–fikirləşdi, çox yaxşı insan idi. O saat da qız haqda keçmiş damanda düşünməyinə peşman oldu, dedi hüquqçu dostuna:

–Nərmin çox, çox təmiz qadındı, –baxdı hüquqçu dostuna, o, bic-bic gülümsəyirdi, əlavə elədi,– bir dəfə gedərik o kafeyə...

Özlüyündə isə fikirləşdi ki, bu hüquqçunun qadınlar barədə qandığı bir şey yoxdu, belə şeyləri qanmaz. Sonra qızın məhəllədəki dikdiri qalxmağını təsəvvür elədi. Yəqin yekə yanları qalxıb enəndə kişilər yenə ona gizdi-gizdi, həvəsnən baxaceylər.

Noyabr, 2913.
XS
SM
MD
LG