Keçid linkləri

2025, 05 Yanvar, bazar, Bakı vaxtı 12:54

Sevinc Elsevərdən yeni roman


-

Qarabağın S rayonunun S kəndini qəfildən sel basır və kəndin sakinlərini dədə-baba yurdundan didərgin düşmüş ailələrin çadır düşərgəsinə köçürürlər.

Bu talesiz insanlarla təbii fəlakət nəticəsində köçürülən ailələr arasında gərgin ziddiyyətlər yaranır.

Əsərin qadın qəhrəmanı Fi­ruzə Bakıda İncəsənət Kollecində təhsil alıb rayona qa­yıtmış, bəxti gətirməyən qızlardandır. Fala baxmağı da Bakıda kirayədə qaldığı evin sahibəsindən öyrənib.

Elə bu bacarığı da onun başına bəla olur. Bu qız şəhərdə göz­lənilməz hadisələrlə üzləşir. İlk sevgisinə qovuşa bil­mə­yən falçı qız ikinci sevgisinə qovuşsa da, tale yenə də onu tək­ləyir…

Sevinc El Sevər “Falçı” romanında Firuzə və onun kimi qız­ların xoşbəxtliyini əlindən alınmış cəmiyyəti bütün çılpaqlığı ilə, tünd boyalarla təsvir edir.

Romanı "Qanun" nəşriyyatı çap edib. Nəşriyyat bundan əvvəl S.Elsevərin ilk irihəcmli nəsr əsəri olan "Şəhər" romanını da nəşr etmişdi.
XS
SM
MD
LG