-
Balaxanı sakini Hacı Bəxtiyar Əliyarlı küçələrin bərbad durumundan ölkə başçısının xəbərsiz olduğunu düşünür. Maraqlıdır ki, təkcə o belə düşünmür, prezidentin ölkədəki sosial-iqtisadi problemlərdən xəbərsiz olduğunu deyənlər az deyil.
AzadlıqRadiosunun küçə sorğularında görünüşünə və sözlərinə görə problemlə çarpışanların dərhal prezident tərifinə keçdiyi az olmayıb:
«PREZİDENTİMİZDƏN RAZIYIQ»
– Pensiyaları, maaşları qaldırsın. İşləyənə dəyər versin. Camaat dolansın, işləsin. Allah prezidentimizə də ömür versin. Biz prezidentə dəstək oluruq, ona da səs vermişik.
– Fond mənim evimin damını düzəltdirdi, 5-ci mərtəbədə idi, axırdı. (Tələsik əlavə edir) Biz prezidentimizdən razıyıq, mən çox razıyam, sevirəm prezidentimizi, onun xanımını. Doğrudan sevirəm e, bir ana kimi sevirəm onları. İntəhası ətrafında yaşlılar bir az çoxdur. Mən elə gəlir, onları cavan kadrlar əvəzləsə, daha yaxşı olar.
– Məncə, xalqın firavan yaşaması üçün dövlət əlindən gələni edir. Sağ olsun prezidentimiz, özü də, həyat yoldaşı da, balaları da. Yaxşı istirahətimizə çalışırlar. İstəyirlər ki, xalq yaxşı dolansın.
– (Ah çəkir) Yaşayışımız çox çətindir. (Yanındakı dərhal müdaxilə edir) Allah prezidentin canını sağ eləsin, bir az da korrupsiyanı yığışdırsın, belə özbaşınalıq olmaz da. Özü yaxşıdır, özündən xoşumuz gəlir. Mehriban xanım da kömək edir. Şəhərimiz gözəlləşir. Amma bu kasıb təbəqəni nəzərə almaq lazımdır. Onların haqları tapdanır.
«MƏNƏ BÜTÜN MƏLUMATLAR ÇATIR»
Ancaq prezidentin hər şeydən xəbəri var. Bunu İlham Əliyev özü düz bir il bundan əvvəl deyirdi. O, rayonlarda sahibkarların abadlıq işlərinə cəlb edilməsindən danışırdı:
«Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir, kömək eləsin. Amma bəzi hallarda onları məcbur edirlər. Böyük həcmdə onlar xərc çəkirlər. Sonra da pulunu vermirlər. Belə olmaz. Kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır. Bir də deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq».
Görəsən, sıravi sakinlərin özbaşınalıqlara görə dövlət başçısını deyil, məmurları günahlandırması nədən qaynaqlanır? Onları belə danışmağa vadar edən nədir – doğrudan belə düşünmələri, yoxsa daxili qorxu hissi?
«ÇAR ATA YAXŞIDIR»
Psixoloq Azad İsazadənin fikrincə, əksəriyyət düşünür ki, prezident eşidər və kömək edər. O, çar və Stalin dövrünü xatırladır:
Psixoloq ağır durumlarda şəxsin özündə inam yaratdığını, büt tapıb ona ümid bəslədiyini də sözlərinə əlavə edir. Bəzənsə fərd nəyəsə inanmaq istədiyindən öz-özünü aldadır. Azad İsazadə respondentlərin daxili qorxu hissini də istisna etmir:
«Sovetin 70-80-ci illərini yada salaq. Həqiqəti ancaq mətbəxdə deyirdik, rejimi tənqid edirdik. İşdə, iclasda, qonaq otağında qonaq olanda ancaq rəsmi versiyanı səsləndirirdik. 21-ci əsrdə həqiqəti mətbəx əvəzinə internetdə «anonymous» adıyla yazırıq. Ancaq Fəvvarələr Meydanında kamera bizə yaxınlaşanda çalışırıq rəsmi sözləri səsləndirək. Yəni senzor başlayır işləməyə».
PREZİDENTƏ RƏĞBƏT ARTIR
Sosioloq Əhməd Qəşəmoğlu bənzər ictimai rəyin bəlli texnologiyalarla formalaşdığını düşünür. Onun fikrincə, insanların müəyyən hissəsi ehtiyat edib siyasətlə cavab verə bilər, ancaq əsasən bu fikrə inanırlar:
«Radikal cavablar olarsa, demək, bu da müəyyən texnologiyalarla formalaşdırılıb. O da var ki indiki vaxtda – müxalifətin uğursuzluqları fonunda prezidentə simpatiya da artır».
AZAD OLMAYAN CƏMİYYƏTLƏRİN GÖSTƏRİCİSİ
ADAM Sosioloji Tədqiqatlar Mərkəzinin rəhbəri Rüfət Qaragözlünün fikrincə, bəzi respondentlər sanki özlərini təhlükədən sığortalayır, hakimiyyətin mənfi reaksiyasını doğurmaq istəmirlər. Sosioloq bunu «Şah sağ olsun» prinsipi adlandırır, yəni «vəziyyət pisdir, ancaq nə olursa-olsun, Şah sağ olsun». Qaragözlü respondentin xırda məişət, yaxud daha böyük problemlə bağlı cavablarında fərqli səmimiyyət sərgilədiyini düşünür:
Bəs bu qeyri-səmimilik nəyin göstəricisidir? Rüfət Qaragözlü:
«Sovet vaxtından qalan təfəkkürdür ki, dövlətə qarşı çıxmaq olmaz. Bu təfəkkür qeyri-demokratik və qeyri-azad cəmiyyətlərdə peyda olur. Bizdəki rejim avtoritara yaxındır. Vertikal idarəetmədir, yuxarıdan göstəriş gəlir. İnsanlar da düşünür ki, orta halqa - məmurlar düz işləmir».
Sosioloq Avropa ölkələrində ölkə başçısını günahlandırmağa ehtiyac qalmadığını söyləyir. Belə ki, bu ölkələrdə özünüidarəetməni bələdiyyə sistemi, insanların özləri həyata keçirirlər.
Əhalinin prezident tərifi ürəkdən də gələ bilər, qorxudan da. Ancaq hələ əsrlər öncə Misir fironu deyirdi: «Əgər Nil sahilində bir canavar quzunu parçalayıb yeyirsə, bu canavarın təqsiri deyil. Bu, mənim təqsirimdir. Canavar qudurub məndən qorxmadığından quzunu parçalayıb yeyir».
«Prezidentin bundan xəbəri yoxdur. Bilsəydi ki, kənddə belə vəziyyətdir... Zavodun açılışına gəlmişdi. Qıraq yolla apardılar prezidenti. Heç bilmədi kəndin içərisi necədir...».

«Çar vaxtında da adi kəndli inanırdı ki, «батюшка царь»- çar ata yaxşıdır, sadəcə, bilmir biz nə gündə yaşayırıq, ətrafı pisdir. Padşahı da hamı sevirdi, deyirdilər vəziri pisdir, onlar bizi incidir, yuxarı bilmir. Sibirdə yatan köhnə bolşeviklər inanırdılar ki, Stalinin xəbəri yoxdur, Stalinə məktub yazırdılar ki, onun ətrafı, Beriya, NKVD sizi aldadıb, məni atıblar «kolon»a».
Psixoloq ağır durumlarda şəxsin özündə inam yaratdığını, büt tapıb ona ümid bəslədiyini də sözlərinə əlavə edir. Bəzənsə fərd nəyəsə inanmaq istədiyindən öz-özünü aldadır. Azad İsazadə respondentlərin daxili qorxu hissini də istisna etmir:
«Sovetin 70-80-ci illərini yada salaq. Həqiqəti ancaq mətbəxdə deyirdik, rejimi tənqid edirdik. İşdə, iclasda, qonaq otağında qonaq olanda ancaq rəsmi versiyanı səsləndirirdik. 21-ci əsrdə həqiqəti mətbəx əvəzinə internetdə «anonymous» adıyla yazırıq. Ancaq Fəvvarələr Meydanında kamera bizə yaxınlaşanda çalışırıq rəsmi sözləri səsləndirək. Yəni senzor başlayır işləməyə».
PREZİDENTƏ RƏĞBƏT ARTIR
Sosioloq Əhməd Qəşəmoğlu bənzər ictimai rəyin bəlli texnologiyalarla formalaşdığını düşünür. Onun fikrincə, insanların müəyyən hissəsi ehtiyat edib siyasətlə cavab verə bilər, ancaq əsasən bu fikrə inanırlar:
«Radikal cavablar olarsa, demək, bu da müəyyən texnologiyalarla formalaşdırılıb. O da var ki indiki vaxtda – müxalifətin uğursuzluqları fonunda prezidentə simpatiya da artır».
AZAD OLMAYAN CƏMİYYƏTLƏRİN GÖSTƏRİCİSİ
ADAM Sosioloji Tədqiqatlar Mərkəzinin rəhbəri Rüfət Qaragözlünün fikrincə, bəzi respondentlər sanki özlərini təhlükədən sığortalayır, hakimiyyətin mənfi reaksiyasını doğurmaq istəmirlər. Sosioloq bunu «Şah sağ olsun» prinsipi adlandırır, yəni «vəziyyət pisdir, ancaq nə olursa-olsun, Şah sağ olsun». Qaragözlü respondentin xırda məişət, yaxud daha böyük problemlə bağlı cavablarında fərqli səmimiyyət sərgilədiyini düşünür:
«Hansısa məhəllədən zibilin daşınmamasıyla bağlı insanlar bunu səmimi deyə bilər. Ancaq məsələn, inflyasiya, qiymət artımı, maaş azlığı kimi məsələlərdən danışarkən «Prezidentin xəbəri yoxdur» deyərkən, məncə, səmimi deyillər».