Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:21

ABŞ Azərbaycanda azadlıqlara «artan məhdudiyyətləri» pisləyir


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti
-
ABŞ Dövlət Departamenti insan haqları hesabatını yayıb. 2013-cü il Azərbaycanda ifadə, toplaşma və birləşmə azadlıqlarına «artan məhdudiyyətlər» ən ciddi insan haqları pozuntuları sırasında olub.
Yazı yenilənir. Ən sonuncu xəbərlər yazının yuxarı hissəsindədir.


LEYLA YUNUS: «ELƏ BIR MƏSƏLƏ YOXDUR Kİ, HESABATDA ONA TOXUNULMASIN»

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hesab edir ki, ABŞ Dövlət Departamentin hesabatı Azərbaycanla bağlı bütün reallıqları tam əks etdirib:
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Direct-ə keçid

«Hesabatda insan hüquqlarının pozuntusu ilə bağlı bütün məqamlar yer alıb. Əlbəttə, ən birinci seçki ilə bağlıdır. Prezident seçkiləri demokratik seçkilərdən çox uzaq olub. Çox şadam ki, QHT-lərə qarşı repressiya qanununu da bu sənəddə yer alıb. Bundan başqa, mülkiyyət hüquqlarının pozulması ilə bağlı məqam da yerində hesabata salınıb. Çünki ötən il 62 mindən çox adam qanunsuz olaraq öz evindən çıxarılıb, orduda 69 əsgər ölümü olub. Yəni, elə bir məsələ yoxdur ki, hesabatda ona toxunulmasın. Bu, çox yaxşıdır».

YAP RƏSMİSİ HESABATI BİRTƏRƏFLİ SAYIR

«ABŞ Dövlət Departamentinin insan haqları hesabatı dünyanın əksər ölkələrində tənqid olunur, birtərəfli adlandırılır». Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı AzadlıqRadiosuna deyir. Onun sözlərinə görə, bu hesabatı ayrı-ayrı ölkələrə demokratiya adı altında təzyiq sayanlar da var. Deputat Çin Xalq Respublikasının yaydığı alternativ hesabatlarda ABŞ-dakı insan haqları pozuntularına dair faktların sadalandığını xatırladır.

FAKTLAR ARAŞDIRILMIR

Azərbaycanla bağlı hissəyə gəlincə, Qurbanlı faktların araşdırılmadan sənədə daxil edildiyini düşünür. Səbəb də, parlament üzvünün fikrincə, ABŞ Dövlət Departamentinin özünün yaratdığı, maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının məlumatlarına istinad etməsidir:

Gözlə

No media source currently available

0:00 0:03:40 0:00
Direct-ə keçid

«Azərbaycanla bağlı məlumatlarda qərəzliliyi görürük. Təəssüf edirik ki, hər dəfə Dövlət Departamentində bu tip hesabatları hazırlayanda məmurlar onlara ötürülmüş məlumatları yoxlamadan hesabata daxil edirlər. Və yaxud əvvəlki illərdə yaydıqları məlumatları təkrar yaymağa çalışırlar».

Mübariz Qurbanlı departamentin hesabatında 9 oktyabr seçkisinin bir sıra demokratik standartlara uyğun gəlməməsi barədə yazılanlardan da narazıdır:
Mübariz Qurbanlı
Mübariz Qurbanlı

«Ötən ilki seçkilərin şəffaflığı, bütün, hətta radikal namizəd, onun seçicilərlə görüşü, teledebatlarda iştirakı üçün yaradılmış şərait, bütövlükdə seçki kampaniyası ayrı-ayrı beynəlxalq qurumlar tərəfindən demokratik sayıldığı halda, ABŞ maliyyələşdirdiyi hansısa qurumdan aldığı məlumatlar əsasında seçkiylə bağlı yanlış fikirlər yayır».

YAP yetkilisi hər il hesabatdakı tendensiyaların diqqətlə öyrənilib münasibət bildirildiyini söyləyir. Ancaq ilkin olaraq Ermənistanın təcavüzü və qaçqınlar məsələsinə daha çox diqqət yetirilməli olduğu halda, bunun görünmədiyini vurğulayır. O, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması barədə deyilənlərin reallığı əks etdirmədiyini vurğulayır.

HƏSƏN KƏRİMOV: «2013 TOPLAŞMA AZADLIĞI BAXIMINDAN QÜSURLU İL OLUB»

AXCP sədrinin müavini Həsən Kərimova görə, ABŞ Dövlət Departamentinin 2013-cü il insan haqları üzrə hesabatında Azərbaycanla bağlı yazılanlar reallıqları tam əks etdirmir.

Sədr müavinin fikrincə, elə seçki ilində seçki monitorinq mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi, jurnalistlərə və digər ictimai fəallara qarşı olan təzyiqlər ötən il insan haqlarının hansı vəziyyətdə olmasına, necə seçki keçirilməsinə ən bariz nümunədir:
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00
Direct-ə keçid

«Mən ötən il seçki qərargahının rəhbərlərindən biri idim. Bir sıra tədbirləri çıxmaq şərti ilə həm Bakıda, həm də regionlarda seçki təbliğatına heç bir şərait yaradılmadı. 2013-cü il sərbəst toplaşma azadlığının təmin olunması və insan hüquqları baxımından qüsurlu il olub.
Həsən Kərimov
Həsən Kərimov

Azərbaycanda insan haqlarının pozuntusu bu gün də davam edir. AXCP-nin 8 üzvünün fevral ayında polisə müqavimət adı altında saxlanması onlardan bəzilərinə sutkalıq həbslərin verilməsi onu göstərir ki, hakimiyyət nəyinki seçki ilində, hətta seçkidən sonra da öz rəqiblərinə qarşı təzyiqlərdən əl çəkmək fikrində deyil».

Mülkiyyət hüquqlarının pozulması ilə bağlı məsələlərə gəldikdə Həsən Kərimov hesabatdakı bu məqamla 100 faiz razıdır. Onun fikrincə, vətəndaşların mülkiyyət hüquqlarının pozulması halları bu gün də aktualdır.

Həsən Kərimova görə, bundan əvvəlki illər Füzuli meydanı ətrafında pozulan mülkiyyət hüquqları indi də Bakının «Sovetski» deyilən ərazidə davam etməkdədir.

ABŞ AZADLIQLARA «ARTAN MƏHDUDİYYƏTLƏRİ» PİSLƏYİR

2013-cü il Azərbaycanda ifadə, toplaşma və birləşmə azadlıqlarına «artan məhdudiyyətlər» ən ciddi insan haqları pozuntuları sırasında olub. Bunu ABŞ Dövlət Departamenti «2013-cü il Ölkələr üzrə İnsan Haqları Hesabatı»nda bildirir. Hesabatda jurnalistlərə, insan haqları və demokratiya fəallarının qorxudulması, həbs, gücdən istifadə halları sadalanır.

«HÖKUMƏTİ DİNC YOLLA DA DƏYİŞMƏYƏ QOYMADILAR»

Vətəndaşların hökuməti dinc yolla dəyişmək hüququna məhdudiyyətlər də qeyd olunur. Hesabatda ötən oktyabr prezident seçkilərinin əsas demokratik seçki standartlarına uyğun gəlmədiyi vurğulanır.

Hesabatda bildirilir ki, hakimiyyət mülkiyyət hüquqlarına dair gərəkən hüquqi prosesləri təmin etməyib. Nəticədə insanlar zorla evlərindən çıxarılıb, binalar şübhəli dövlət ehtiyacları səbəbləri ilə sökülüb, dövlətin aldığı mülkiyyətə adekvat kompensasiya verilməyib.

TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİ MƏSULİYYƏT DAŞISIN

Yeni açıqladığı hesabatda ABŞ Dövlət Departamenti avtoritar rejimlərin təhlükəsizlik qüvvələrindən yararlanaraq hakimiyyəti gücləndirməsini və narazıları əzməsini pisləyib. Bu sərt tədbirlər həmin ölkələrdə «uzunmüddətli sabitlik, təhlükəsizlik və iqtisadi inkişafı» zədələyir.

Hesabata görə, Ukraynadan tutmuş Suriya, Myanmadan Venesuelaya qədər təhlükəsizlik qüvvələri insan haqları pozuntuları üçün məsuliyyət daşımalıdır.

Hesabat üzə çıxarıb ki, dünya əhalisinin üçdə biri avtoritar idarəçilik altında yaşayır. Rusiya və İran daxil olmaqla 80 ölkədə gey icmaları ayrı-seçkiliyə məruz qalır.
XS
SM
MD
LG