Sara Selcan
Mən gördüm,
Mən görürəm,
Hər gün rastlaşanda
Gözlərində qosqoca kədər sızıldayan uşaqları,
Baxanda ətim ürpəşir.
Dəyənəklə,
zopayla
alışmayacağım elə şeylər gördüm ki
Deməyin ölərəm, belə yaşamaram,
mən də deyirdim,
hər gün
hər gün təkrar olur,
adam öyrəşir...
Pul yığmaqdan ötrü
obrazlı danışan direktorum da var.
Hazırlıq umuduna qalan
müəllimim də...
Ay sizi, bizi bu günə qoyanlar,
Bilin də..
Çox istedadlıdır bu məmləkətdə
Istər şəhərdə, istər kənddə
Rüşvətə don geyindirənlər...
Maddiyyatın işğalı altında
Olan ailələr var.
1 manata şəkli satılan
(5 yumurtaya dəyişməyə də razıydı qapımızı döyən səyyar satıcı)
Müqəddəslər var.
Hələ də ümidlə baxdığımız
Zati-aliləri var...