Hər qaynaqlının qapısında içməli su qablarıyla yanaşı iri çəlləklər də var. Yağış yağanda sevinirlər ki, bu dəfə su qapılarına gəlib. Yağış suyunu toyuq-cücəyə, mal-qaraya verirlər, amma bəzən əlləri içməli suya çatmayanda elə qaynadıb özləri də içirlər