Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:49

Məhbusların reabilitasiyası necə həyata keçiriləcək?


«İslah Əmək Müəssisələrindən azad olunanların sosial reabilitasiyası haqqında» qanun layihəsi müzakirə olunacaq
«İslah Əmək Müəssisələrindən azad olunanların sosial reabilitasiyası haqqında» qanun layihəsi müzakirə olunacaq

Parlamentin payız sessiyasında «İslah Əmək Müəssisələrindən azad olunanların sosial reabilitasiyası haqqında» qanun layihəsi müzakirə olunacaq. «Tolerans» İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri vəkil Aslan İsmayılov deyir ki, məhbusların reabilitasiyası azadlığa çıxandan sonra yox, elə cəzaçəkmə yerində düşünülməlidir: «Əvvəlcə, cəzaçəkmə yerinin şəraitini yaxşılaşdırmaq lazımdır. Pis şərait insanları pis hərəkətlərə sövq edir. Məhbuslar həbsxanadan çıxandan sonra işlə təmin olunmalıdırlar. Əks təqdirdə, həmin adamın maddi çətinliyi olur və yenidən cinayət törədir. Həm də məhbuslara cəzasını çəkib qurtarandan sonra ikinci dərəcəli insan kimi baxılmamalıdır».


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov deyir ki, işləmək məhbuslara azadlığa çıxandan sonra cəmiyyətə uyğunlaşmaqda müsbət təsir göstərir: «Məhbuslar arasında işləyənlər çox azdır, işləmək onların xoşbəxtliyidir. İndi iş təminatı problemdir». 1 Saylı İslah Əmək Müəssisəsində də məhbusların çox az hissəsi işləyir. Elman adlı məhbus deyir ki, reabilitasiya işini məhbus öz üzərinə götürməlidir: «Namaz qılıram, dərziliyi öyrənirəm. Əgər istəyirəmsə, gələcək yaxşı olsun, ona buradan başlamalıyam. Pis şeylər öyrənsən, sonra yenə gəlib bura düşəcəksən».


Hüquq müdafiəçiləri isə həftəsonu bir neçə cəzaçəkmə yerində məhbusların saxlanma şəraiti ilə bağlı monitorinq keçirəndən sonra Ədliyyə Nazirliyinə təkliflər verməyə hazırlaşır. Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, bu təkliflər məhbusların reabilitasiyası üçün əhəmiyyətlidir: «Onlara iş yerləri açmaq, başqa məşğuliyyət növləri tapmaq lazımdır. Adam nə qədər dörd divar arxasında boş-boşuna oturar?»


Deputatlar yeni qanun layihəsinin detalları haqqında ətraflı məlumat verməsələr də, bu sənədin məhbusların reabilitasiyasına kömək edəcəyini düşünürlər.


XS
SM
MD
LG