Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü ilə avqustun 17-də ictimai fəallar flash-mob keçiriblər.
Şəkidən AzadlıqRadiosuna verilən məlumata görə, aksiya Qala divarının yanında, qədim zindanın qarşısında keçirilib. Aksiya zamanı ictimai fəallar əllərində Rəsul Cəfərova Azərbaycan, ingilis və rus dillərində ünvanlanan təbrik müraciətləri olub.
Hüquq müdafiəçisi Rəsul Cəfərov avqustun 2-də həbs istintaqa çağrılıb və elə həmin gün barəsində 3 aylıq həbs qərarı verilib. O, vergidən yayınmada, səlahiyyət həddini aşmada və qanunsuz sahibkarlıqla məşğul olmada ittiham olunur.
Rəsul Cəfərov ittihamları rədd edir, həbsini insan hüquqları sahəsindəki fəaliyyətin ilə əlaqələndirir. Rəsul Cəfərov avqust ayında açıqlananan və 97 nəfərin yer aldığı siyasi məhbus siyahısının müəlliflərindən biridir.