Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

Erkin Qədirli: «İlqar Məmmədovla heç vəkilləri də görüşə bilmir»


 İlqar Məmmədov
İlqar Məmmədov

-

Gözlə

No media source currently available

0:00 0:03:31 0:00
Direct-ə keçid


REAL-ÇILAR HƏBSDƏ OLAN SƏDRLƏRİNDƏN XƏBƏRSİZDİLƏR

Yaxınları, tərəfdarları 10 günə yaxındır ki, REAL-ın həbsdə olan sədri İlqar Məmmədovdan xəbər ala bilmir.

REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli AzadlıqRadiosuna deyir ki, İlqar Məmmədovu sonuncu dəfə sentyabrın 24-ü görüblər:

- Appelyasiya Məhkəməsinin son iclasında məhkəmə zalında ayaqüstü görüşdük. Ondan sonra İlqar bəydən heç bir xəbərimiz yoxdur. Daha doğrusu, təxminən bilirik ki, hardadır. Amma necə saxlanır, vəziyyəti necədir, bundan məlumatsızıq. Çünki nə ailə üzvləri ilə görüşməsinə icazə verilir, nə zəng vurmaq imkanı var, nə də vəkili ilə əlaqə saxlamasına şərait yaradılır.

- Bir müddət öncə məlumat yayıldı ki, Müsavat başqanın müavini Tofiq Yaqublu ilə birgə Bakıya gətirilib...

- Gətirilməyinə gətiriliblər. Şüvəlan təcridxanasında bir yerdə saxlanırdılar. Amma sonradan Tofiq Yaqublu evinə zəng edib ki, 13 saylı cəza müəssisəsindədir. Biz əvvəl elə güman etdik ki, İlqar bəyi də ora aparıblar. Amma sonra öyrəndik ki, yox, orda yoxdur.

- İlqar Məmmədovun yerini müəyyənləşdirmək, bayram sovqatı aparmaq üçün Penitensiar Xidmətə müraciət etmisinizmi?

- İlqar bəyin xanımı Şüvəlan təcridxanasının rəisi ilə görüşüb, xahiş edib ki, görüşə imkan yaradılsın. Amma təcridxanada deyiblər ki, Penitensiar Xidmətdən icazə məktubu gətirin, ondan sonra görüşə icazə verək.

- Əminsiz ki, İlqar bəy hələ də Şüvalan təcridxanasındadır?

- Buna inanmaq istəyirik. Çünki başqa məlumatımız yoxdur.

- Sonuncu dəfə vəkili nə vaxt İlqar bəylə görüşməyə cəhd edib?

- Bayramdan əvvəl. Əslində bu dəqiqə İlqar bəyin ailə üzvlərinə görüşə icazə verilmədiyi bir vaxtda bizi heç vaxt buraxmayacaqlar. Bu dəqiqə onunla görüşmək üçün vəkillər işləyir. Vəkil məhdudiyyətsiz görüşməlidir, amma ona da imkan yaratmırlar.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidməti bir müddət öncə

AzadlıqRadiosunun sorğusuna cavabında bildirmişdi ki, «tabeliyindəki müəssisələrdə saxlanılan təqsirləndirilən şəxslər və məhkumlar barədə müvafiq məlumatlar onların ailə üzvlərinə qanunvericilikdə müəyyən olunmuş müddətdə və qaydada çatdırılır».

Amma Penitensiar Xidmət konkret olaraq Tofiq Yaqubluİlqar Məmmədovun ailə üzvləri ilə görüşməyində hər hansı məhdudiyyətlər qoyulub-qoyulmadığına aydınlıq gətirməmişdi.

Tofiq Yaqublu və İlqar Məmmədov ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb.

Mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Məmmədova 7, Tofiq Yaqubluya isə 5 il cəza kəsib.

İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifariş sayırlar.

XS
SM
MD
LG