Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:06

Sakharov Azadlıq Mükafatı Azərbaycandakı siyasi məhbuslara verilir


Sakharov Azadlıq Mükafatı Azərbaycandakı siyasi məhbuslara verilir
Sakharov Azadlıq Mükafatı Azərbaycandakı siyasi məhbuslara verilir

-
Norveç Helsinki Komitəsi 2014-cü il Andrei Sakharov Azadlıq Mükafatını Azərbaycandakı siyasi məhbuslara verib. “Onlar böyük cəsarət göstərir və ölkələrində ləyaqət, demokratik dəyərlər və insan haqlarının irəli aparılması üçün böyük işlər görürlər,” Norveç Helsinki Komitəsinin (NHK) baş katibi Bjørn Engesland oktyabrın 6-da deyib.

HAMISININ ADINI QEYD ETMƏK MÜMKÜN DEYİL

“Bu mükafat bütün siyasi məhbuslara verilir. Kədərli haldır ki, onların hamısının adını burada qeyd etmək mümkün deyil,” qurumun yaydığı pres-relizdə vurğulanır.

NHK bildirir ki, neft və qazla zəngin Azərbaycanda hakimiyyət illər boyu tənqidçilərini qondarma cinayətlər, uzunmüddətli həbs cəzaları ilə susdurub:

“Yerli insan haqları müdafiəçiləri Avropa Şurasının kriteriyalarına dayanaraq, ölkədə 98 siyasi məhbusun adını müəyyənləşdirib. Bu məhbuslar arasında ən bilikli, təcrübəli insan haqları müdafiəçiləri, jurnalistlər, gənc fəallar və müxalifət siyasətçiləri var. NHK tərəfdaşlarından bəziləri həbsdədir. Azərbaycanda vətəndaş cəmiyyəti əzilir və Norveçin tərəfdaş ölkələrindən biri diktaturaya çevrilməkdədir. Norveçin Statoil şirkəti Azərbaycanda ən böyük şirkətlərdən biridir”.

“Biz bütün siyasi məhbusların yaşadığı dəhşətli durumu tanımaq məsuliyyətini paylaşmalıyıq. Onlara layiq olduğu status verilməlidir, hakimiyyətdən tələb olunmalıdır ki, məhbuslar azadlığa buraxılsın və qanuni ifadə azadlığına hücumlara son qoyulsun. Avropa institutları və diplomatik cəmiyyət Azərbaycanla bağlı məsuliyyətlərinə hörmət qoymalıdırlar,” Engesland deyib.

AŞPA HESABATI RAZILAŞDIRA BİLMƏYİB

Pres-relizdə bildirilir ki, 98 siyasi məhbus içində 13-ü jurnalist və bloqqer, 10 hüquq müdafiəçisi, digər vətəndaş cəmiyyəti fəalı və hüquqşünas, 9 gənc fəal, bir müxalifət lideri və digər tənqidçilər var.

Daha sonra pres-relizdə həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Anar Məmmədli, Bəşir Süleymanlı, Rəsul Cəfərov, İntiqam Əliyev barəsində daha ətraflı bilgi verilir.

“Avropa Şurası Parlament Asambleyası hələ də Azərbaycanda siyasi məhbuslara dair hesabatı razılaşdıra bilməyib. Yerli hüquq müdafiəçiləri bu işi öz üzərlərinə götürüb. Bu iş çoxlarını həbsxanaya aparıb,” NHK vurğulayır.

MÜKAFATI ÖTƏN İLLƏR ALANLAR

Sakharov mükafatı noyabrın 13-də Osloda Bristol otelində təqdim olunacaq.

Bu mükafat 1980-ci ildə Norveç Helsinki Komitəsi tərəfindən təsis olunub, ilk dəfə 1984-cü ildə verilib.

Ötən illərdə mükafat Golos seçki monitorinq təşkilatına, Belarusdan olan hüquq müdafiəçisi Ales Bialiatski-yə, Qazaxıstandan hüquq müdafiəçisi Evgeniy Zhovtis, Rusiyadan Svetlana Gannushkina-ya verilib.

Avropa Parlamentinin Fikir Azadlığına görə Sakharov mükafatına namizədlər sırasında isə hüquq müdafiəçisi Leyla Yunusun adı var. Qalib oktyabrın 16-da bilinəcək, mükafat noyabrın 26-da Strasburqda təqdim olunacaq.

XS
SM
MD
LG