Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:48

Müəllimlərin yeni maaşını, dərs yükünü və vergiləri müqayisə edəndə


Müəllimin bir günü
Gözlə
Embed

No media source currently available

0:00 0:02:45 0:00
Direct-ə keçid

Müəllimin bir günü - arxiv videosu

-

Maaş nə qədər artacaq?

Niyə bu fərman yalnız Bakıdakı müəllimlərə şamil ediləcək?

Müəllimlər nə vaxtdan artıq maaş alacaqlar?

Prezident İlham Əliyevin müəllimlərin maaş və iş yükünün artırılması haqda sərəncamı xoş xəbər təəssüratı ilə yanaşı bəzi suallar da doğurur.

AÇIQ SUALLARA CAVAB…

Ondan başlayaq ki, fərmandakı maaş artımı bütün müəllimləri nəzərdə tutmur. Söhbət yanlız Bakı məktəblərinin xüsusi testlərdən keçmiş pedaqoqlarından gedir.

Özü də onların bu yoxlamada göstərdikləri nəticənin məsələyə dəxli yoxdur - sınaq imtahanı verən bütün müəllimlərin maaşı artırılır.

Sözügedən imtahanlardan yüksək nəticə ilə keçib mümkün 80 baldan 75-ni toplayan Dinarə Bünyadova deyir ki, belə bir fərmanı çoxdan gözləyirmiş:

“Mən bu fərmanı yüksək qiymətləndirirəm. Ümid edirəm ki, sonunda müəllimlər layiq olduğu əməkhaqqını ala biləcəklər”.

MÜƏLLİMLƏR YENİ FƏRMAN HAQDA NƏ DÜŞÜNÜR?

Dinarə Bünyadova 2003-cü ildə Amerikada olub, 2009-2010-cu tədris ilinin ən yaxşı müəllimi seçilib. Hazırda həftədə 6 saat dərs yükü var, maaşı da125 manatdır. Ümud edir ki, fərmandan sonra məvacibi xeyli artacaq. Nə qədər?

“Dərs yükü artırılandan sonra hardasa 500 manat ala bilərik" - Dinarə xanım deyir və izah edir ki, müəllimlərin sayı azalacaq, yerdə qalanların da dərs yükü və deməli qazancı çoxalacaq.

Dinarə Bünyadovanın dediklərində bir neçə məqam diqqəti çəkir.

Birinci, müəllimlərin sayı çox olduğundan onlara dərs saatı az düşürsə, bu fərmandan sonra dərs yükləri necə artırılacaq?

İkinci, müəllimlər onların maaşlarının 2 dəfə artırılacağı haqda xəbərlərə nə dərəcədə inanırlar?

Dinarə Bünyadova əmindir ki, əksər müəllimlərin maaşları 2 dəfə artacaq. Sanki öz inamının təsdiqi kimi sual edir: "Məgər elə deyil"?

“Müəllimlər məcburiyyətdən bir neçə yerdə işləməli olur. Normal əməkhaqqı alsalar müəllimlər nə repitorluq edər, nə də müxtəlif yerlərdə işləyərlər. Tutalım mən özüm: 125 manatla necə dolana bilərəm”.

NAZİRLƏR KABİNETİNİN TƏKLİFLƏRİ:

Azərbaycandan 150 mindən çox müəllim var. Onların təxminən 35 mini Bakının payına düşür. Yeni fərmana görə, müəllimlərin dərs yükü norması 1,5 dəfə artırılır.

Əvvəllər dərs yükü 12 saat idisə, indi bu, 18 saata çatdırılır. Prezident 1 ay vaxt verir ki, Nazirlər Kabineti fərmanın icrası ilə bağlı təkliflərini hazırlasın.

Təhsil eskperti Məlahət Mürşüdlü deyir ki, məsələni Nazirlər kabinetinin planı açıqlandıqdan sonra şərh etmək yaxşı olardı:

“Neçə nəfər müəllimin əmək haqqı artırılacaq, nə qədər artacaq, bu biz istədiyimiz əməkhaqqıdırmı? Bu sualların indi cavablamaq mümkün deyil. Çünki tədbirlər planı yoxdur, icra mexanizmi hazır deyil. Tədbirlər planı hazır olandan sonra bütün açıq qalan suallara cavab tapılacaq”.

Məlahət Mürşüdlü bildirir ki, Nazirlər Kabinetinin təklifləri hazırlayandan sonra müəllimlərin əməkhaqqı yanvar ayından hesablanacaq. Məsələn, mart ayının əvvəlində plan təsdiqlənərsə maaşlardakı artım yanvardan bəri hesablanaraq ödəniləcək.

25-30 FAİZ MÜƏLLİM İXTİSAR EDİLƏ BİLƏR...

Təhsil naziri Mikayıl Cabbarovun 2014-cü il 6 may tarixli əmri ilə Bakının orta məktəb müəllimləri arasında sınaq qiymətləndirmələri keçirib. May-iyun aylarında təşkil olunan sınaqlarda Bakıdakı 357 məktəbin 28 min 825 müəllimi iştirak edib.

İqtisadçı Rövşən Ağayevin fikrincə Azərbaycanda müəllimlərin sayı fərmanda deyildiyi qədər - 1,5 dəfə artırılması mümkün görünmür. Çünki müəllimlərin ən azı 65-70%-nin tam dərs yükü ilə (18 saat) işləməsi mümkün olmayacaq. Rövşən Ağayev hesab edir ki, müəllimlərin maksimum 35 faizi bu fərmandan bəhrələnə biləcək.

Məktəblərdə müəllim sayı çox olduğundan Dinarə Bünyadova kimi dərs saatı az olan xeyli müəllim var. Rövşən Ağayev düşünür ki, dərs yükünün artırılması üçün azı 25-30 faiz müəllim ixtisar olunmalıdır.

ARTIM İKİ DƏFƏ YOX, 30 FAİZDİR...

Rövşən Ağayev deyir ki, sərəncamda maaş artımı 2 dəfə göstərilsə də, hər saat üçün real artım 30%-dən də az olacaq. Belə ki, qüvvədə olan qanunvericiliyə görə hazırda ilk dəfə işə başlayan ali təhsilli müəllimin tam stavka həftədə 12 saat, maaşı (10-cu dərəcə) 155 manatdır. Yəni hər saat üçün 12 manat 90 qəpik. Maaşlar 2 dəfə artırılsa, müəllim 310 manat alamalıdır:

“Amma hökumət təkcə maaşları artırmayacaq, dərs yükünü də artıracaq. Yəni 1 stavka 12 saat yox, 18 saat olacaq. 12 saata görə müəllim saatda 12.90 qəpik qazanırdısa, artım baş verdiyi halda 18 saata görə 17.20 manat saathesabı qazancı olacaq. Bu isə cəmi 33 artım deməkdir”.

Rövşən Ağayev deyir ki, iş bununla da bitmir. Beləki, müəllimin əlinə aldığı maaş (vergilər və sosail müdafiə fonduna ödəmələr çıxıldıqda) daha az olacaq. Çünki 2015-ci ilin yanvardan ölkədə yaşayış miniminunun dəyəri 140 manata çatdırılıb. Axı, müəllimlərin əməkhaqqından yaşayış minimumunu çıxanda, yerdə qalan vəsait vergiyə cəlb olunurdu.

12 saat dərs üçün 155 manatdan alan müəllim 7 manat gəlir vergisi və sosial ayırma ödəyəndən sonra 148 manat təmiz maaş alırdı. Yeni fərmandan sonra isə 310 manat alan müəllimin məvacibindən onun netto gəliri 277 manat olacaq - 33 manat vergisi və ödəmələrə çıxılacaq:

“Bu isə o deməkdir ki, artımdan sonra müəllimlərin maaşı ən çoxu 25 faiz olacaq” - deyir Rövşən Ağayev.

Burada daha bir ehtimal var. Bəlkə də müəllimlərin dərs yükü çoxaldılmaqla, vergi tutmaları da artırılır. Məsələn, əvvəllər 155 manat maaş alan müəllim vergiyə 7 manat ödəyirdisə indi 2 nəfərin maaşını 1 nəfər alanda daha 144 manat üçün də vergi ödəniləcək.

Dinarə Bünyadova bu ehtimallara inanmır. Düşünür ki, bu fərmanda deyildiyi kimi onların əmək haqqı 2 dəfə artırılacaq.

Prezidentin oxşar qərarlarında olduğu kimi, real vəziyyət hökumətin uyğun tədbilərindən sonra aydınlaşacaq. Belə qərarları isə Nazirlər Kabineti aylar, bəzənsə illərlə uzada bilir.

XS
SM
MD
LG